vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
17:47 | 12 may 2022 | Cümə axşamı Məqaləyə 905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaz qazan doldurur

Ötən ilin dörd ayı ilə müqayisədə 14,4 faiz artım var

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 15,7 milyard kubmetr təbii qaz (neft quyularına vurulan həcmlər də nəzərə alınmaqla) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz çoxdur. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

“Qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.

Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Yataqlar istismara veriləndən cari ilin 1 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.