
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Avropada yaşayan türklərin mövsümü rekordu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Qərb və yəhudi bankirlər, yoxsa ...
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
Donetsk, Luqanskda Ukrayna ordusuna qarşı vuruşan bütün hərbçilərə, onlara dəstək verən mülki şəxslərə qarşı Ukraynada cinayət işi açılıb 2013-cü ildən etibarən. Həmçinin Krımda saxta referendum təşkilatçılarına, həmin ərazinin bütün idarəçilərinə də cinayət işi açılıb.
Bu insanlara qarşı Avropa İttifaqı ölkələri də eyni tutumu sərgiləyir, onlar Aİ ölkələrindən birinə daxil olmaq istəyəndə bu şəxslər həbs olunub Ukraynaya verilməlidir.
Bu şəxslərin Türkiyə ərazisində Kürdüstan dövləti qurmaq istəyən PKK terrorçularından fərqi nədir? Fərq axtarsaq görərik ki, PKK terrorçuları Donetsk, Luqanskdakı həmkarlarından daha betərdir. PKK terrorçuları hərbçilərlə qarşı hücumlar təşkil etməklə yanaşı ,Türkiyənin iri şəhərlərində mülki əhalinin sıx toplaşdığı yerlərdə terror hadisələri törədib.
Türkiyə bu terrorçuları müəyyən edib onları həbs etmək üçün addımlar atmaq istəyəndə onlardan bir qismi ölkəni tərk edə bilib. Finlandiya və İsveçə gedən PKK terrorçuları asanlıqla bu ölkələrdə qaçqın statusu ala biliblər. Bu şəxslər özlərinin keçmişini heç vaxt gizlətməyiblər, əksinə özlərini avropalılara azadlıq mücahidi kimi təqdim ediblər.
Türkiyə dövlətinin terrorçu kimi axtarışa verdiyi pkkçıların bir qismi Ərdoğan iqtidarı dönəmindən öncə axtarışa verilib. Hansı ki, həmin iqtidarlar Ərdoğan iqtidarından daha demokratik idilər. ABŞ, Avropa ölkələri ilə heç bir ciddi problem yaşamırdılar. Avropalı siyasətçilərin bəzisi Ərdoğanın terrorçu elan etdiyi şəxsləri onun siyasi rəqibi kimi qəbul edə bilər. Buna görə həmin şəxslərin Türkiyəyə verilməsi doğru saymırlar.
Bəs onda Ərdoğandan öncəki iqtidarların zamanında axtarışa verilən terrorçular niyə Türkiyəyə təhvil verilmir? Axı onlar da Luqansk, Donetsk, Krımdakı separatçılarla eyni mahiyyəti daşıyırlar. Putinin qızının 10 il öncə sevgilisi olmuş, heç vaxt siyasətlə məşğul olmayan, hazırkı müharibəni pisləyən şəxsə sanksiya tətbiq edən İsveç və Finlandiya Türkiyədə dinc insanları öldürən PKK terrorçusuna isə sığınacaq verir.
Avropa və bütün dünyanın təhlükəsizliyi baxımından İsveç və Finlandiyanın NATO-ya üzv olması vacibdir. Amma ilk öncə bu ölkələr PKK-nı terror təşkilatı kimi tanımalı, ölkələrində sığınacaq tapmış terrorçuları Türkiyəyə təhvil verməlidirlər. Ərdoğan İsveç Finlandiyanın önünə qoyduğu bu şərtdə tam haqlıdır.