vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
14:04 | 18 may 2022 | Çərşənbə Məqaləyə 1571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMEA-nın “fantastik” gəliri

1000 nəfər işçinin bir aylıq xərci qurumun birillik qazancından çoxdur

Osman GÜNDÜZ

2021-ci ildə AMEA-nın 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub! İnanılmaz olsa da, bu belədir.

Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının, Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu , Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır.

Hansı ki, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır.

Xarici təcrübəyə diqqət etsək görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür.

Görünür ki , ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır.

Bu qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib.

Ümumiyyətlə, AMEA-nın vitse-prezidenti olan Rasim Əliquliyevin bu hesabatına diqqət yetirdikdə görmək olar ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb.

Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var.

Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi sıravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur.

Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir, hansı ki bu rəqəm ən böyük Nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur.

Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər hansı mükafatlar verilmir və s.

Adı çəkilən Hesabatda AMEA-nın hüquqi statusuna yenidən baxılması, AMEA-nın fəaliyyətini tənzimləyən, islahatlara yol açan hüquqi-normativ bazanın yaradılması, AMEA-da elmin təşkili və idarə edilməsinin yenilənməsi və s. təklif edilib.