

Güllələnən iki nəfərdən biri SEPAH üzvü olub
SEPAH-ın kəşfiyyat “şefinin” xəstəxanaya yerləşdirildiyi bildirilir
Hakimiyyət kanalları Azərbaycanı şiəliyə qarşı müharibədə günahlandırır
Məhəmmədrza Həsəni Ahəngər “Parçin”ə edilən hücumda öldürülüb
İran satılmışlarla Bakıda nəyi almaq istəyir?
Argentinada saxlanılan təyyarənin “Qüds” qüvvələri ilə əlaqəsini sübut edən dəlillər var
SEPAH “media zabiti” adlandırılan Əli Qolhəkini həbs edib
Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia
İran İnqilab Keşikçiləri Qvardiyası hərbçilərinin ölümü müəmmalı olub
Sanksiyalar məruz qalan şirkətin təyyarəsi 3 dəfə artıq ekipajla şübhəli reyslər keçirib
Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var
Fars-molla rejimi qanunsuz həbs etdiyi əcnəbilər qarşılığında xarici dövlətlərdən imtiyaz tələb edir
Azərbaycana qarşı köhnə tezislər baş qaldırır
Yad əbalı, başı əmmaməlilərin cəhdləri fiaskoya uğradı
SEPAH Azərbaycana “sərhəd təhdidi”ni niyə yeniləyir?
ABŞ isə istənilən razılaşmada təşkilat qara siyahıdan çıxarılmayacağını deyir
Öldürülmüş polkovnik Həsən Səyyad Xudayinin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xarici bölməsindəki missiyası İran hökumətinin tənqidçiləri və əleyhdarlarını öldürmək məqsədilə xaricdə əməliyyatlar keçirmək və terrorçu toplamaqdan ibarət olub. Bu iddia ilə “The Wall Street Journal” Amerika rəsmilərinə istinadən çıxış edib.
Məlumatda “Qüds” qüvvələrinin israilli diplomata, amerikalı generala və fransız ziyalısına qarşı sui-qəsd planının bu missiyalardan biri olduğu yazılıb.
Məlumata görə, Amerika rəsmiləri israilli həmkarlarına istinadən “Wall Street Journal”a SEPAH-ın öldürülmüş zabitinin vəzifəsi və missiyası ilə bağlı təfərrüatları təqdim ediblər.
Bu addımın anonimlik şərti ilə amerikalılara məxfi xəbərlər təqdim edən İsrail ordusunun mənfi reaksiyası ilə qarşılandığı qeyd olunub.
“The Wall Street Journal” Amerikadakı mənbələrinə istinadən yazır ki, polkovnik Həsən Səyyad Xudayi İnqilab Keşikçiləri Korpusunun 840-cı “Qüds” bölməsinin rəisi kimi xaricdən İran müxaliflərini oğurlamaq əməliyyatlarını və digər ölkələrin vətəndaşlarının öldürülməsini planlaşdırıb və bu əməliyyatlara başçılıq edib.
2021-ci ildə Kiprdə polkovnik Xudayinin terror hədəflərindən biri olan israilli iş adamının terroru Kipr təhlükəsizlik qüvvələrinin Azərbaycan Respublikasının vətəndaşı olan silahlı şəxsi həbs etmələrindən sonra uğursuz qalıb.
“The Wall Street Journal” polkovnik Səyyad Xudayinin öldürülməsini İran hökuməti ilə İsrail arasında davam edən müharibənin bir hissəsi kimi qiymətləndirir və İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün İran daxilində əməliyyatlarını genişləndirdiyini bildirir.
Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.
Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.