vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
16:57 | 31 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sivil təlxəklər...

Onların ölümündə kimdir günahkar?

Azər AYDƏMİR

Orta əsrlərdə xan və kral saraylarında təlxəylik edən kifayət qədər adamlar var idi, sonra onlara mütrüb, daha sonralar kloun deyərdilər. Hərçənd kloun nəticədə çətin bir peşəyə çevrildi. Heç zaman insanların dəlilik edən, yıxılıb düşən, hoppanan, gic-gic danışan adamlara nədən güldüyünü anlamırdım. Kino sevərlər inciməsin , heç vaxt Çarli Çaplin yaradıcılığını da anlamamışam. Bəlkə, o zamanlarda yaşasaydım, mən də gülərdim. Bilmirəm.

Amma artıq sivil və mənəvi dəyərləri yüksək olan ölkələrdə xüsusi ilə də XXI əsrdə bu cür insanlara ictimai yerlərdə gülmürlər, çəpik çalmırlar. Əksinə bilmədən və ya bilərək pul müqabilində soytarılıq etmək istəyən insanlara dəstək olurlar. Onların “yaradıcı” potensialını yönləndirirlər. Bəzi ölkələrdə isə həmin insanlara xüsusi dövlət proqramları çərçivəsində “sindrom” adı yapışdıraraq və sənədləşdirərək yiyə dururlar. 

Amma bu cür insanların mənəvi, psixoloji problemlərini başa düşdük. Mində bir olur belə problemlər.  Məsələnin qorxulu tərəfi odur ki, bu cür insanlara hələ təəssübkeşlik edib, onlara içdən gülmək istəyən adamlar hələ də var.  Onlar bizimlə eyni oksigeni paylaşır. Yəni orta əsr təfəkkürü heç yerə yox olmayıb. Sadəcə bunu ictimaiyyət qarşısında edə bilmirlər. Öz idbar daxilini ortaya qoya bilmirlər. Sivil cəmiyyətdə yaşayır axı... Olmaz. Ağır oğlandırlar.

Ta ki, əllərinə pul düşənə kimi. Pul düşən kimi “Tosu Zəngilanski” (T.Z) kimi bədbəxtləri otel otaqlarına, qəlyanxanalara çağırıb... Hurrreeeyyyy deyərək... Daxilindəki Paleolit dövründən qalan daşları ortaya töküb həzz alırlar. Öz nakamlıqlarını, komplekslərini, uşaqlıq travmalarını, manyak fantaziyalarını ortaya qoyurlar. “Qurban” yetərincə axmaq, gülməli və idbar görünsün deyə onun başına olmazları gətirirlər. Pul müqabilində ona viski ilə araq, sambuka ilə çaxır, duzlu xiyarla, aran balı qarışdırıb yedizdirirlər. Qusdururlar. Bəziləri hətta həkim çağırtdırıb mədəsini yuduzdurub, yenidən bu iyrənclikləri təkrar edirlər. Özlərinin seksual  faydasızlığını anlayıb, mental çərçivələrindən çıxa bilmədiklərinə görə T.Z. kimilərin üzərində bütün seksual eksperimentləri aparırlar, LGBT-nin də. Üstəlik bütün bunlar videolara çəkilir. Gizli “Telegram” kanallarında paylaşılır. Əlbəttə ki, bunu edənlərin çoxu “Günəşin” uşaqlarıdır. O zavallı günəşin uşaqları yox. Bildiyiniz günəşlərin uşaqları. Hansılar ki, sönmək üzrədir. Sadaladıqlarımın nəticəsində  əlbət ki, Tosu kimilər serroz da olar, lap elə “QİÇS” də. Və ölər... Kimdir indi onun ölümündə günahkar? Özü? Sanmıram. Axı o xəstə idi... Tosunu rəsmən otarırdılar və indi də kəsdilər. Bu cümlələri oxuduğunuz  an isə, yüzlərlə Tosular, minlərlə “Günəşin” övladlarının əlində hotellərdə SOYTARILIQ edir. Onlar da öləcək.