vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
10:47 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda ağır qatar qəzası

13 insan ölüb, onlarla yaralı var

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 8-i səhər saatlarında İranda qatarın relsdən çıxması nəticəsində ağır qəza baş verib və onlarla nəfər ölüb və yaralanıb.

Məlumata görə, Məşhəd-Yəzd qatarının 5 vaqonu Abbasabad bölgəsində relsdən çıxıb.

Nəticədə 13 nəfər ölüb, 50 nəfər ağır bədən xəsarətləri alıb.

Yəzd əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədəli Məlikzadə mediaya verdiyi açıqlamada yaralılarının 16-nın durumunun ağır olduğunu və 4 nəfərin itkin düşdüyünü bildirib.

O, qəza baş verən bölgədə nəqliyyatın hərəkətinin çətinləşdiyini, bu üzdən xilasetmə işlərinin vaxt apardığını və hadisə yerinə 3 helikopterin cəlb olunduğunu deyib.