vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
PROBLEM  
15:01 | 10 iyun 2022 | Cümə Məqaləyə 1350 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səsinizi qısmayın...

İrandan ancaq irtica, işğal və cahillik havası əsər

Anar ƏSƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Bakının Mərkəzində, gözümüzün önündə “canlı bomba”larını nümayiş etdirdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bəyanat verdi ki, arzuları gözlərində qalacaq.

“Amin” deyək, amma sual da verək: Necə?

Bəyanat verməkləmi?

Hə, yanlış anlaşılmasın deyə, qeyd edim ki, bu iş ümumi götürəndə Dini Komitəlik məsələ deyil. Əksinə, komitənin son illərdə apardığı işi müşahidə edirəm və doğru çalışdıqları qənaətindəyəm. Dövlətə bağlı maaşlı axundların məscidlərə təyin olunması uğurlu addımdır.

Amma məsələ sadəcə bu deyil. Məsələ ideoloji və siyasidir.

Uzun illərdir, yazırdıq ki, İran və Rusiyadan ölkəmizə heç vaxt dost olmayacaq, xüsusilə İran daim bizim bir dövlət kimi yox olmamız üçün hər şey etməyə hazırdır, bu baxımdan ehtiyac yarananda dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi tədbirlər görmək lazımdır. O zaman bəzi "praqmatik" siyasətçilər bu yanaşmanın doğru olmadığını söyləyirdilər.

Biz deyirdik ki, Azərbaycan vətəndaşı İrandan heç vaxt demokratiya, azad cəmiyyət havasının gəlməyəcəyini bilməlidir. Oradan ancaq irtica, işğal və cahillik havası əsər.

İran əlaltılarının meydanda at oynatması, eyni zamanda Azərbaycanın bəzi siyasi partiyalarının, xüsusilə müxalif düşərgənin əksəriyyətinin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir: ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir.

Bu gün İranın əlini öpənlər liderə çevrilirlər. Siyasi fəallıq göstərən gəncliklə işləyib, onları öz tərəflərinə çəkirlər.

Çünki İran öz daxilində türklərə hər an partlayacaq bomba kimi baxır. Bu səbəbdən fürsət düşən kimi hər cür düşmənliyini edir.

Bugünkü ideoloji boşluğun yaranmasında ən böyük suç milliyyətçi kəsimə xitab edən müxalifətindir. Amma indi əsas məsələ budur ki, biz bu bəlaları, başqa dövlətin təhdidlərini necə zərərsizləşdirə bilərik?

Bu, sadəcə dövlət qurumlarının bürokratik inzibati həll yolları ilə mümkünmü? Xeyr!

Ölkənin intellektual qismi yığışıb, bu ideoloji boşluğu doldura bilər. Cəmiyyətdə gedən bütün proseslərin avanqardı, adətən, ziyalılar və gənclik olur.

İllərdir, davasından çəkilmiş, davasını sevən intellektuallar meydan sizi gözləyir...

Səsinizi qısmayın...