

Fars-molla rejimi dini geyim qaydalarını pozan qadınlara təzyiqi artırır
İran kəşfiyyatının tam məxfi dəstəsi: orada kimlər var?
SEPAH xarici diplomatlar həbs edib
SEPAH 5 gün əvvəl “Bəsic” qərargahındakı partlayışa münasibət bildirdi
Güllələnən iki nəfərdən biri SEPAH üzvü olub
SEPAH-ın kəşfiyyat “şefinin” xəstəxanaya yerləşdirildiyi bildirilir
Hakimiyyət kanalları Azərbaycanı şiəliyə qarşı müharibədə günahlandırır
Məhəmmədrza Həsəni Ahəngər “Parçin”ə edilən hücumda öldürülüb
İran satılmışlarla Bakıda nəyi almaq istəyir?
Argentinada saxlanılan təyyarənin “Qüds” qüvvələri ilə əlaqəsini sübut edən dəlillər var
SEPAH “media zabiti” adlandırılan Əli Qolhəkini həbs edib
Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia
Sanksiyalar məruz qalan şirkətin təyyarəsi 3 dəfə artıq ekipajla şübhəli reyslər keçirib
Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var
SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia
Fars-molla rejimi qanunsuz həbs etdiyi əcnəbilər qarşılığında xarici dövlətlərdən imtiyaz tələb edir
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb. “İranintl” xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.
İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.
“Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.
Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın bir neçə zabitinin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb. Hakimiyyət təmsilçiləri bir çox hallarda bu hadisələri İsrail kəşfiyyatı (“Mossad”) ilə bağlayırlar.
Qeyd edək ki, son 20 gündə nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.
SEPAH-ın Hərbi Hava Qüvvələri raket və kosmik missiyaların icrasına da məsuliyyət daşıyır. Onun komandanı Əmir Əli Hacızadədir. (report.az)