
Rejim liderliyi uğrunda savaşın pərdəaxrası
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
“SEPAH və onun texnikasından uzaq durun”
İranı zəiflədən sui-qəsdlər və hücumlar
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Tehran vurulan Ukrayna təyyarəsi ilə bağlı ICAO-nun qərarından narazıdır
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
“The Washington Post”: “İran Azərbaycanda yəhudi liderini öldürməyə cəhd etdi”
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Fars-molla rejimi İnqilab edib şahı devirən adamın 3 il sonra özünü devirdilər
“Hizbullah”ın baş katibi Xameneyinin nümayəndəsi olacaq
Hərbi təşkilat təkcə regional sabitliyə təhdid deyil, həm də qlobal cinayətin inkişafına şərait yaradır
(Molla rejiminin azərbaycanlı tələbəni azad etməsinin gerçək səbəbi haqda)
Fars-molla rejimi 20-yə yaxın etnik bəluçu həbs edib
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik və kəşfiyyat bölməsi hökumətə yaxın bir neçə media fəalını həbs edib. Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun teleqram kanalı məlumat yayıb və saxlanılanları gizli, yalan məlumatlar yaymaqla hakimiyyət rəsmiləri arasında ixtilaf salmağa cəhd etdiklərini bildirib.
Məlumatda saxlanılanların kimliyi barədə məlumat verilməsə də, bir sıra media orqanlarında onlardan birinin hakimiyyətin mühafizəkar qanadı və “SEPAH” media orqanlarından birinin məsulu Əli Qolhəki olduğunu yazıblar.
Həbs xəbərindən sonra İran parlamentinin üzvü Malik Şəriəti tvitter hesabında paylaşım edərək “SEPAH”a təşəkkür edib və saxlanılanların təhlükəli dairə olduqlarını bildirib.
Həbs edilən Əli Qolhəki mühafizəkar qanada bağlı olmasına baxmayaraq İbrahim Rəisinin tənqidçilərindən biri olub və bundan öncə onun hakimiyyətin hər tərəfli dəstəyi ilə prezident təyin olunduğunu yazıb.
Bir sıra media orqanları Əli Qolhəkini “media zabiti” adlandırır və İran təhlükəsizlik qurumuna bağlı olan media fəalını hakimiyyət rəsmiləri arasında olan ixtilafları bilərəkdən və İran parlamentinin başçısı Məhəmmədbaqir Qalibafın xeyrinə yaydığını bildirirlər.