
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukrayna qoşunları Melitopola, Rusiya qoşunları da Xarkova yaxınlaşmağa çalışır. Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko Ukrayna televiziyasına müsahibəsində “Xarkovdan şimalda vəziyyət yenə də kifayət qədər mürəkkəbdir” deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları yenidən Xarkova yaxınlaşmağa, “onu cəbhə bölgəsinə çevirməyə” çalışırlar.
Melitopol şəhərinin meri İvan Fedorov isə iyunun 19-da verdiyi açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin artıq Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəlilədiyini deyib.
O, yaxın həftələrdə Xerson şəhərinin də Ukrayna ordusu tərəfindən azad oluna biləcəyinə ümid etdiyini bildirib.
Rusiya ordusu Severodonetskin çox hissəsinə nəzarət etsə də şəhəri tam ələ keçirə bilməyib. Bunu Luqansk Ordu Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Demək olar döyüşlər Rusiyanın ssenarisi üzrə getmir. Onlar daha çox ehtiyat toplayıb döyüşə atmağa, kütləvi atəşə tutmağa çalışdılar. Onlar nə qədər uduzurlarsa, nə qədər hərbi hissələr döyüşdən çıxarılırsa, onları birtəhər qaydaya salıb, ölən çoxlu sayda rus döyüşçüsünü kompensasiya etməklə cəbhəyə atsalar da yenə də nə Luqanskda, nə də Donetsk vilayətində planlaşdırdıqları kimi irəliləyə bilmirlər”, – Sergey Qayday deyib.
Qaydayın sözlərinə görə, Rusiyanın Severodonetsk şəhərini tam nəzarətə götürmələri ilə bağlı dedikləri tam yalandır, doğrudur onlar şəhərin çox hissəsinə nəzarət edirlər, amma bütün şəhər onların nəzarətində deyil.
“İndi onlar heç tarix barədə də danışmırlar. Sadəcə deyirlər ki, Severodonetskini tam tutmaq və “Lisiçans-Baxmut” yolunu tutmaq üçün tapşırıq var. Bu baxımdan da onlar ancaq atəş açır, amma nəzarət etmir”, – deyə Qayday bildirib.
Hələ iyunun 16-da Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Severodonetsk şəhərinin girişində Rusiya bayrağının sancıldığını bildirib.