“Putin sarayı” yaxınlığına hücum
PUA zərbələri güclü yanğına səbəb oldu
00:57 | 23 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1054 dəfə baxılıb
Şriftin ölçüsü
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Belarusun Müdafiə Nazirliyi iyunun 22-də Ukrayna ilə həmsərhəd Qomel vilayətində “səfərbərlik təlimləri” elan edib. Təlimlərin iyulun 1-dək davam etdiriləcəyi gözlənilir.
Nazirlik bunu da əlavə edir ki, belə təlimlər ölkədə hər il keçirilir. Məsələn 2021-ci ildə keçirilən təlimlərdə Mogilyov vilayətinin hərbi komissarlıqları iştirak ediblər.
Məlumatda deyilir ki, bundan əvvəlki səfərbərlik təlimlərindən fərqli olaraq bu dəfə hərbi qulluqçular hərbi hissələrə yox, evlərinə göndəriləcəklər.
Lakin qeyd olunur ki, təlimlərin real əməliyyatlara yaxınlaşdırılması məqsədilə manevrlərə xüsusi əməliyyat birləşmələri də qatılacaq.
***
Belarus Müdafiə Nazirliyi bildirir ki, təlimlərdən məqsəd hərbi komissarlıqların öz vəzifələrinin icrasına hazırlığını yoxlamaqdır. Bildirilir ki, təlimlər zamanı hərbi mükəlləfiyyəti olanların komissarlıqlar vasitəsilə səfərbər edilməsi məşq ediləcək.
Belarus mediası xəbər verir ki, hazırda Belarusun Ukrayna ilə cənub sərhədi ciddi rejimdə mühafizə olunur. Qomel vilayəti də daxil bu ərazidə mümkün təhlükələrə hazırlıq tədbirləri görülür. Burada mühüm obyektlər və yollar mühafizə olunur.
Belarus ordusu Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Rusiya qüvvələri Ukrayna şəhərlərinə raketləri məhz Belarus ərazisindən atırlar.
Bununla belə hərbi ekspertlər və müşahidəçilər Belarus hərbçilərinin bu münaqişədə tammiqyaslı iştirakının mümkünlüyünü müzakirə edirlər.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık deyib ki, Belarus Ukrayna sərhədi boyunca 4 min əsgər cəmləşdirib. Onun sözlərinə görə Rusiya bunlardan Ukraynaya yeni hücumlar üçün istifadə edə bilər.