vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
11:40 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda etirazlar da, inflyasiya da artır

Son həftələrdə fəhlələrin, pensiyaçıların, müəllimlərin və başqa qrupların etiraz aksiyaları keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda neftçilər ikinci gündür ki, maaşlarına və hökumətin bahalaşmanın qarşısını ala bilməməsinə görə tətil edirlər. Rəsmi məlumata görə ölkədə inflyasiya iyun ayında 52.5 faizə yüksəlib. Müqaviləli Neft İşçilərinin Etiraz Koordinasiya Mərkəzinin verdiyi məlumata görə Tehran neft emalı şirkətinin işçiləri maaşlarının artırılmasını, iş saatlarının azaldılmasını tələb edirlər.

Bu arada Qərb Neft və Qaz İstismarı şirkətinin sürücüləri və fəhlələri müəssisənin Dehlorandakı idarəsinin qarşısına toplaşıblar.

Onlar maaşlarının aylarla verilməməsinə etiraz edirlər.

İranda son həftələrdə fəhlələrin, pensiyaçıların, müəllimlərin və başqa qrupların etiraz aksiyaları keçirilib.

Bu aksiyalarda da bahalığın qarşısının alınması, maaş və pensiyaların artırılması tələb olunub.

İran Statistika Mərkəzinin iyunun 28-də verdiyi açıqlamaya görə illik bahalaşma iyun qayında 13.2 faiz artaraq 52.5 faizə qalxıb.

Hesabatda deyilir ki, ərzaq və tütün məmulatlarının qiymətləri 32.2 faiz artaraq 81.6 faizə çatıb.

Qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri isə 2.8 faiz artaraq 36.8 faizə yüksəlib.

İran pensiyaçıları iyunun 28-də Əhvaz şəhərində etiraz yürüşü keçiriblər.

Onlar minimum əməkhaqqının 10 faiz artırılmasına dair hökumət qərarının ləğvinə çağırırlar.

İllərdir ABŞ sanksiyaları altında olan İranda vəziyyət pandemiya dövründə xüsusilə ağırlaşıb.

Polis son etirazların bəzilərini zorakılıqla dağıdıb.