

Putinin dostu 4 ölkəyə Ukraynanı bölməyi təklif edir
Hamilə deputatın Rusiyadan qaçışı
Söhbət Xersondan və ətraf ərazidən gedirsə, sentyabrın sonunacan mümkündür
Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək
“Nə qədər ki gec deyil Xersonu tərk edin”
İşğalçılar qanunsuz klastr bombalarından istifadədə suçlanır
Rusiyanın ümumqoşun ordusu ilə bağlı ilginc statistika
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
Vaşinqton Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır
Ukrayna müharibəsini proqnozlaşdırmaq üçün kart dəsti çoxdur
İçkeriyanın azad edilməsi üçün döyüşəcək olanlar silahdan çox, informasiya dəstəyi istəyir
Rusiya hər yerdə planları pozmaq, qarışıqlıq yaratmaqla güzəştlər əldə etməyə çalışır
Rusiya-Ukrayna arasında bağlanan sazişin mürəkkəbi qurumadan Odessa limanı bombalandı
Ukraynadan Rusiyaya öz ampluasında cavab
“Hökumətin bəyanatlarının dəyişdirilməsindən narahatıq”
Senatorlar Ukrayna cinayətlərinin soyqırım kimi tanınması üçün qətnamə təqdim edib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, Rusiya ilə əsirlərin “böyük mübadiləsi” həyata keçirilib. Məlumatda əsirlərin harada və nə vaxt dəyişdirildiyi bildirilmir. Qeyd olunur ki, Ukrayna tərəfinə 23-ü zabit, 69-u serjant olmaqla 144 hərbçi qaytarılıb.
Bu da iddia edilir ki, Ukraynaya qaytarılan 144 əsirdən 95-i Maripoldakı Azovstal zavodunun müdafiəçiləridir. Onlardan 43-nün bilavasitə Azov batalyonundan olduğu deyilir. Xəbərdə vurğulanır ki, dəyişdirilənlərin əksəriyyəti yaralı və xüsusilə ağır yaralı olanlardır.
***
Qondarma “Donetsk xalq respublikasının” başçısı Denis Puşilin belə bir mübadilənin keçirildiyini təsdiqləyib.
Onun sözlərinə görə ukraynalı hərbçiləri Rusiya hərbçilərinə və qondarma “DXR” döyüşçülərinə dəyişiblər.
Bunların da əksəriyyəti yaralı olanlardır.
Puşilin bunu da təsdiqləyb ki, Ukrayna tərəfinə “millətçi döyüş qruplaşmalarının” üzvlərindən də qayralanları olub.
Xəbər verilir ki, bu, fevralın 24-də Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir mübadiləsidir.
May ayında Maripolu müdafiə edən Ukrayna döyüşçülərindən 2 min nəfərinin əsir düşdüyü xəbər verilirdi.
Ukrayna hökuməti bildirmişdi ki, onların qaytarılması üçün bütün imkanlardan istifadə olunacaq.