vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
PROBLEM  
15:52 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 1198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qovluqlu quldurlar ...

... yaxud, yırtıcı, gənə məmurlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Axşamtərəfi sahildə bir məkana çay içməyə getmişdik. Biz çatanda adam çox idi, sonra yavaş-yavaş masalar seyrəkləşdi. 10-un yarısı olardı, gördüm girişdə pota, yekəqarın, əlində qovluq biri dayanıb. Administratorun məcburi gülümsəyən sifətindən anladım ki, hansısa dövlət qurumundandır, əmma axtarmağa gəlib.

Demək, bu pota eni-uzunu 50-60 metr olan obyekti yalan olmasın, bir 25 dəfə fırfıra kimi fırlandı. Gözümün qabağına sümsük it gəldi. Masalara baxdı, mətbəxə girdi, terasa qalxdı, yelləncəklərin yanında qurdalandı, ofisiant masasına gəlib suallar verdi, arada bir-iki sinini götürüb arxasındakı yazılara göz atdı, müştəriləri saydı. Arzuolunmaz şəxs obyektdə vurnuxduqca administrator da izah verə-verə onun yanında dolaşdı. Açıq-aydın görünürdü ki, pota ilişməyə məqam axtarır. Sonra bir masa oturdu, qovluğu açıb nəsə yazmağa başladı. Bu yazır, ayaq üstə dayanan administrator da oxumağa çalışır. Masaya mürəbbə ilə çay qoydular. Pota hələ yazır… Yazdı, bitirdi, çaydan bir qurtum aldı - əldən düşüb axı - durdu, barmağını silkələyə-silkələyə, donquldana-donquldana çıxıb getdi.

Arxasınca baxdım, görüm, yan tərəfdəki iribuynuzlu bir məmura aid nəhəng, səsi yeri-göyü götürmüş restorana da girəcək? Hara girir. Oradan keçəndə az qaldı qovluğu qarnının altında gizlədə.

Biz az sonra administratorla danışdım. Dedi, biz buranı 20 gündür açmışıq, bu yoxlamalardan bezmişik. O gedir, bu gəlir, bu gedir o birisi peyda olur. Qazandığımıza ya rüşvət, ya da cərimə kimi alıb aradan çıxırlar. 10 ofisiant götürmüşdük işə, məcburuq gələn ay 3-nü çıxaraq, çatdıra bilmirik. 600 manatla müqavilə bağlamışdıq, 1 ay təlim keçmişdik. Hamısı kasıb ailələrin uşaqlardır. Əsgərlikdən gəliblər, iş yox, güc yox, imkan vermirlər işləməyə.

Çay da burnumdan gəldi, “istirahət” də, gördüyüm gözəl mənzərə də. Nə qədər yırtıcı, gənə kimi millətin qanını soran məmur var ölkədə?