
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyanın Yekaterinburq şəhərinin küçələrində “Wagner” özəl hərbi şirkətinin dəstələrinə üzvlüyə çağıran reklam stendi peyda olub. “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojinə bağlı olduğu deyilən bu qurumun muzdlu döyüşçüləri Liviya, Suriya, Ukrayna və dünyanın başqa ölkələrindəki münaqişələrdə iştirak edirlər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyada muzdlu döyüşçülərin və özəl hərbi şirkətlərin olmasını inkar edirdi. Bu barədə məlumatı teleqram kanalında Kremlə bağlı bloger Sergey Kolyasnikov yayıb. O hətta reklam stendinin fotosunu da əlavə edib.
Plakatda hərbi geyimli kişilər, Rusiyanın dövlət bayrağı təsvir olunub və “Orkestr “W” səni gözləyir” yazılıb. Plakatları çap edən sayt may ayında qeydiyyatdan keçib, lakin onun kimə məxsus olduğu bildirilmir.
Bu barədə RBK agentliyinin muzdluların Ukrayna müharibəsinə göndərilməsinə dair təhqiqatında məlumat verilirdi.
Sözü gedən saytda Suriyanın Palmira şəhərində çəkilmiş videoçarx və səfərbərlik məntəqələrinin telefonları yerləşdirilib.
***
RBK müxbiri iyulun əvvəllərində belə məntəqələrdən üçü ilə əlaqə saxlaya bilib. Ona namizədlərdən nə tələb olunduğu barədə müfəssəl məlumat verilib.
Jurnalistə ayda 240 min rubl (4111 dollar) nağd maaş təklif olunub. Bu, Çukotka üzrə orta aylıq əməkhaqqından 84 faiz çoxdur.
Rusiya Statistika İdarəsi – Rosstatın məlumatına görə ən yüksək maaşlar məhz Çukotkada verilir.
Muzdlulara təklif olunan maaş İvanovsk vilayətində və ya Dağıstandakı maaşlardan 650 faiz çoxdur.
Müşahidəçilər bildirirlər ki, Moskvanı muzdlulara belə yüksək maaşlar verməyə vadar edən onun Ukrayna cəbhələrində verdiyi ağır itkilərdir.
Bu da qeyd olunur ki, Ukraynada həlak olanların əksəriyyəti ən yüksək döyüş qabiliyyəti olan hərbi hissələrin müqaviləli döyüşçüləridir.
Bu itkilərdən sonra Rusiyanın müxtəlif regionlarında muzdlulardan ibarət dəstələrin yaradılmasına başlanıb, “Wagner” özəl hərbi şirkətinin döyüşçüləri isə Luqansk cəbhəsinin ən ağır sektorlarına göndərilib.