Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
08:10 | 25 avqust 2022 | Cümə axşamı
Məqaləyə 2776 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyə hökuməti Ukrayna hərbiyyəsinə 50 ədəd minayadavamlı və pusqudan qorumalı zirehli maşın verib. “Defense News” saytı bildirir ki, bu barədə məlumatı Türkiyənin hökumət və sənaye mənbələri veriblər. Məlumatı bəzi Ukrayna agentlikləri də təsdiq ediblər.
Xəbərdə deyilir ki, “Kirpi” adlanan bu zirehli maşınlar Ukraynaya BMC şirkəti ilə müqavilə əsasında yox, Kiyev və Ankara arasında hökumət sazişi əsasında verilib.
Adının çəkilməsini istəməyən mənbə bildirib: “Sazişə uyğun olaraq Türkiyənin Milli Müdafiə Nazirliyi ilkin dəst kimi 50 ədəd “Kirpi” zirehlisini Ukraynaya çatdırıb. Bu maşınların Ukraynaya göndərilməsi davam etdiriləcək”.
“Defense News” yazır ki, BMC şirkəti maşınların Ukraynaya çatdırılmasını və bu barədə müqavilənin olmasını təsdiq edib:
“Bu sazişin bizim şirkətimizlə heç bir bağlılığı yoxdur. Ankara hökuməti ordunun cəbbəxanasında olan Kirpi maşınlarından bir dəstini Ukraynaya verib”.
Bu da qeyd olunur ki, məsələnin həssaslığını nəzərə alan BMC nümayəndəsi də adının çəkilməsini istəməyib.
***
“Kirpi 1” piyadalarlın döyüş maşınıdır (PDM) və ilk nümunəsi 2009-cu ildə istehsal olunub. Türkiyə hökuməti BMC şirkətindən indiyədək 614 ədəd “Kirpi 1” alıb və bu maşınlardan artlıq əməliyyatlarda istifadə olunub.
Şirkət bildirir ki, indiyədək 200-dək ölkəyə 1500-dək “Kirpi 1” satılıb. 2018-ci ildə BMC daha bir hökumət tenderində qalib gəlib və yeni “Kirpi 2” modfifikasiyasından olan 529 ədəd PDM orduya çatdırılmalıdır.
Kirpi PDM-ləri xüsusi oturacaq amortizasiyası, GPS sistemi, arxa görüntü kamerası və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilib.
Bu PDM-in kiçik çaplı silahlar üçün 5 mazğalı və hər iki tərəfdə gülləbatmaz pəncərələri var.
PDM-də 7.62mm və ya 12.7mm çaplı pulemyotlar yerləşdirilə bilər.