

... Yaxud “Nansy” arasında bağlılıq
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
Bricit Makron fransızcanın müdafiəsində ...
30-50 arası miqrantın axtarışına başlanılıb
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
İşıqları kəsilən əhali yanğınsöndürənlərə zəng edib
İranlı nazir: “Makron MKİ tərəfindən idarə olunur”
Fransa hökuməti azad söz qarşı
Makronun rusiyapərəst açıqlaması başına iş açdı
Qərb Çinlə iqtisadi və ticarət əlaqələrdə ehtiyatlı olacaq
Afrika ölkəsində terror təşkilatların siyasətinə xidmət edən radionun yayımı dayandırılıb
Fransa prezidentinin açıqlaması onu dünyanın nəzərində rəzil duruma saldı
Napoleonla fəxr edən Fransa imperatorun həmvətənlərinə öz dillərində məktəbi çox görür
Fransa son 4 ayda Rusiyadan 82 barel uran alıb
Böyük dəyişikliklər zamanıdır. “Bolluq” və “qayğısız günlər”in sonudur. Fransa Prezidenti Emmanuel Makron bu sözləri Nazirlər Şurasının iclasında söyləyib. Dünyanı bürüyən ciddi böhranların davam etdiyini vurğulayan E.Makron hökuməti baş verən dəyişikliklər qarşısında birlik nümayiş etdirməyə çağırıb.
Altı ay əvvəl Ukraynada başlayan müharibənin və iqlim böhranının təsirlərini xatırladan Fransa Prezidenti maliyyə vəsaiti, texnologiya məhsulları, xammal, eləcə də içməli su baxımından “bolluğun sonu” olduğunu vurğulayıb. Bildirib ki, əhali belə vəziyyətə böyük təşvişlə reaksiya verə bilər, amma hökumət üzvləri vəziyyəti olduğu kimi, aydın şəkildə xalqa deməlidir.
Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanması ilə indiyədək görünməyən həddə yüksələn enerji qiymətlərindən ən çox zərər görən ölkələrdən biri də Almaniyadır. Enerji tələbatının böyük hissəsini Rusiyadan aldığı qaz hesabına təmin edən ölkədə bu ilin əvvəlindən elektrik enerjisinin qiyməti 2 dəfədən çox artaraq 1 kvt/saat üçün 50 sentə çatıb.
Almaniya hökuməti payız və qış mövsümləri ilə bağlı ciddi qənaət rejiminə keçməyə hazırlaşır. Bildirilir ki, bu qış ictimai binalarda mərkəzləşdirilmiş istilik sistemi üzrə temperatur 19 dərəcə olacaq. İqtisadiyyat naziri Robert Habek əhalini və özəl sektoru da bundan nümunə götürməyə çağırıb. Bundan əlavə, 1 sentyabrdan etibarən saat 22:00-dan 6:00-dək bütün reklam işıqları söndürüləcək. Hökumət bu yolla qışda qaz sərfiyyatına ən azı 2% qənaət etmək istəyir.
Bu arada Avropa son yüzilliyin ən quraqlıq dövrünü yaşayır. Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi ekspertlərinin hazırladığı hesabatda iyul ayında qitədə quraqlığın təhlükəli səviyyəyə çatdığı bildirilib. Hesabatda Avropa İttifaqı (Aİ) torpaqlarının 47 faizində quraqlığın təhlükəli səviyyəyə çatdığı, Aİ-nin 17 faizində isə həyəcanverici səviyyədə olduğu vurğulanıb.
Quraqlıq səbəbindən qitədə qarğıdalı, soya və günəbaxan istehsalının son 5 ilin orta göstəricisindən 15 faiz az olacağı gözlənilir. Yağıntıların olmaması Avropa çaylarında suyun səviyyəsini aşağı salıb, su elektrik stansiyalarında enerji istehsalı azalıb.