Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi
Səbuhi Məmmədliyə iki ağır diaqnoz qoyulub
Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib. S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.
Əməkdaşımız hazırda xəstəxanada müalicə olunan jurnalistlə əlaqə saxlayaraq, onun vəziyyətilə maraqlanıb. Həmkarımız vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.
Hazırda vəziyyəti ürəkaçan olmayan jurnalist intensiv müalicə aldığını söyləyib. S.Məmmədli dəstəyə ehtiyac duyduğunu da gizlətməyib.