Nazirliklərin öhdəliyi böyükdür
Elektron hökumətin Quba toplantısında nələr müzakirə olundu?
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Kupça» almaq asanlaşdı
Azı 4 prosedur ilə baş tutan əməliyyata bundan sonra 1 dəfəyə həll olunacaq
-
Nazirdən sevindirci xəbər
Azərbaycanda rəqəmsal TV dekoderləri güzəştlə veriləcək
-
Elektron hökumət üzrə icra qrupunun növbəti görüşü Qubada baş tutub. Görüşdə dövlət qurumlarının rəqəmsal bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ekspertlər iştirak ediblər.
Koordinasiya qurumu dövlət informasiya resursları sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə keçidin, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
Keçirilən görüşdə mütəxəssislərə düşüncələrini çatdırmaq üçün şərait yaradıldı, bir xeyli faydalı məsələlər müzakirə edildi. Fikir mübadiləsi aparıldı.
6-cı dəfə təşkil olunan görüş çox faydalı hesab olunur. Bildirildi ki, ötən dövrdə bu istiqamətdə müəyyən işlər görülüb.
Bununla belə hiss olunur ki, koordinasiyanın gücləndirməsinə ciddi ehtiyac var. Çünki koordinasiya qrupu yaxın gələcəkdə qurulması nəzərdə tutulan Rəqəmsal hökumətin əsas orqanıdırsa, demək onun təsir imkanları genişləndirilməli və rolu artırılmalıdır.
Bundan başqa Nazirlər və nazir müavinləri, hökumət üzvləri, deputatlar bu tip görüşlərdə aktiv iştirak etməlidir. Əks halda inteqrasiyanı tamamlamaq uzun zaman alacaq.
Son dövrlərin beynəlxalq hesabatları da göstərir ki, qarşıda görüləcək daha çox iş var. Təəssüf ki, rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir.
Son zamanlar yaxşı nümunələr də var. Görüşdə təqdim olunan “Mobil notariat” resursunun son versiyası da hazırda ən faydalı hökumət rəqəmsal həlli hesab oluna bilər. Baxmayaraq ki, faydalı, mobil rəqəmsal həllər hələlik çox azdır. Mövcud rəqəmsal arayışların və məlumatların hüquqi təminatı yaradılmalıdır.
Düşünürəm ki, “eGov” koordinasiya qrupunun rəhbərliyi dövlət qurumlarında eGov-a, rəqəmsal hökumətə cavabdeh şöbələrin və departamentlərin rolunun artırılması istiqamətində işlər aparmalıdır. Hər bir nazirlikdə nazir müavinlərindən biri yalnız rəqəmsal sektora cavabdehlik daşımalıdır və koordinasiya qrupunda təmsil olunmalıdır.
Düşünür ki, bugünkü görüş faydalı hesab edərək, İcra Qrupun görüşlərinin intensivliyinin və məhsuldarlığının daha da artırılmasının əhəmiyyətli olacaq.