vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SƏHİYYƏ, ORDU  
10:45 | 20 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pandemiya sona doğru gedir?

“Xüsusi dalğaların yaranmasını mümkün deyil”

“Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, lakin məhdudiyyətlər kiçik formada qalsın”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər: “Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq.

Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir”. (baku.ws)