vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
17:47 | 11 noyabr 2022 | Cümə Məqaləyə 1230 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 il vergidən azad ...

Kimlər nağdsız ödəmədə ƏDV-nin 30 faizini geri alacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

“Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimiz üçün geniş vergi güzəştləri nəzərdə tutulur. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi də təklif olunur.

Qarabağ və Şərqi Zəngəzurda gələn ildən hansı vergi güzəştləri olacaq?

Məcəlləyə təklif edilən 19-cu fəsilə əsasən, işğaldan azad edilmiş ərazilərimizin sakinləri (rezidentləri) 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar. Yəni, məskunlaşmadan sonra orada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız praktik olaraq mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergiləri ödəməyəcəklər.

İşğaldan azad edilmiş ərazilərimizin rezidentləri tərəfindən təsdiq olunmuş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı növbəti yanvar ayından etibarən 10 il müddətində ƏDV-dən azad olunacaqlar. Eyni zamanda, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri də 10 il müddətində vergi ödəməyəcəklər.

ƏDV-ni geri qaytarmaq üzrə də xüsusi güzəştlər nəzərdə tutulub. Belə ki, istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.

2033-cü ilədək nəzərdə tutulan vergi güzəştləri kifayət qədər təqdirə layiqdir və bu işğaldan azad olunan ərazilərimizdə sərmayə cəlbini, fərdi sahibkarlığı və eləcə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək.