«Halal» mübarizəsi
«Məqsədimiz istehlakçı hüquqlarını qorumaqdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Müdaxilə edə bilmirik»
Yanacaqdoldurma məntəqələrində nöqsanlar var...
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
-
Üstü bəzək, altı qara - Niaqara
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
-
«Qara çörəyə kofe qatmırlar»
Komitə sözçüsü: «Qiyməti bazar tənzimləyir»
-
Vətəndaşlara xəbərdarlıq!
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
-
Növbəti halal açıqlaması
Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır
-
Kənd toyuğu fırıldağı
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
-
Azərbaycan məxfi silahlarında dəyişiklik
«Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir»
-
Şeyxlə sədrin kolbasa davası
QMİ bəyanat yayaraq komitəni suçladı; Ramiz Həsənovsa geri çəkiir
-
«Köhnə maşını ver, təzəsini apar»
Kampaniya nə vaxt başlayır?
-
Yay vaxtına keçdik
Saatların əqrəbləri 1 saat irəli çəkildi
-
«Halal bərəkət»də haram çıxdı
Süd məhsulları reseptlə deyil, gözəyarı hazırlanırmış
-
«Azərbaycanda halal kolbasa və sosis var»
Qafqaz Müsəlmanları İdarəsi Ramiz Həsənova cavab verdi
-
«Kolbasalar halal deyil»
«Bizdən bu standartı alan müəssisə olmayıb»
Aprelin 1-dən etibarən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) «Halal qida. Ümumi tələblər» dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində «halal» sözü yazılmış məhsulların istehsalı və satışı qadağandır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının APA-ya verdiyi məlumata görə, standarta əsasən «halal məhsul»ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) sifarişlə müraciət etməlidir.
F.Talıblı bildirib ki, Azərbaycanda nə qədər ət məhsulları istehsal edən şirkət varsa, indiyə qədər «halal» kəlməsindən istifadə edib. Ancaq ötən müddət ərzində cəmi 9 şirkət AzSert-ə halal sertifikatı almaq üçün müraciət edib: «Müraciətlərin sayının az olması göstərir ki, bazara «halal» adı altında çıxan məhsulların sayı az olacaq. Əsas məqsədimiz istehlakçıların aldadılmasının qarşısını almaq, istehlakçı hüquqlarını qorumaqdır. İllərdir ki, formalaşan dini, mənəvi keyfiyyətlərə əsaslanan istehlak mədəniyyətindən sui-istifadə hallarının qarşısı alınmalıdır.
Vahid halal standartına əsasən Azərbaycanda halal standartının tətbiqi qanunvericiliyin tələbidir və bu tələb yerinə yetirilməlidir. Şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır. Araşdırmalar yüksək səviyyədə aparılır, hətta bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub və ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta çəkilişlər də edilib və bu çəkilişlər mətbuata da təqdim olunacaq. Məsələn, insanların bir qismi Hindistanda ətin halal kəsim qaydasına riayət edilmədiyini iddia edilirdi. Ancaq sertifikatlaşdırma orqanının əməkdaşları o ölkələrə getdilər, baxış keçirdilər və baxışın nəticələri də hər şeyi özündə ehtiva edir».
F.Talıblı sabahdan başlayaraq AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin «halal» markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəyini söyləyib. Əsassız olaraq «halal» adı altında satışa məhsullar çıxaran müəssisələrin məhsulları satışdan yığışdırılacaq: «Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar.
Sertifikat almayanlar məhsullarının üzərindən «halal» kəlməsini yığışdırmalıdırlar. Halal sertifikat alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamalar sabahdan başlanacağı üçün halal sertifikatı verilməsi üçün haqlarında ilkin müsbət rəy olan müəssisələrin məhsulları satışdan çıxarılmayacaq. Ancaq elə müəssisələr var ki, həmin müəssisələrdə halal məhsul istehsalı üçün şərait yoxdur, onlara sertifikat verilməyəcəyi qəti bilinir. Bu müəssisələrin məhsulları sabahdan satışdan çıxarılacaq».