vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
11:10 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 1082 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millinin uduzmasına sevinən gənc öldürüldü

“Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hökumətinin əleyhdarları İran dünya çempionatında ABŞ-a 1:0 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılması ilə bağlı həm oyunun keçirildiyi Qətərin paytaxtı Dohada, həm də İranda sevinc nümayişləri keçiriblər.

Bu nümayişlər zamanı avtomobilinin siqnalını çalan 27 yaşlı Mehran Samak İranın şimalındakı Bəndər Enzeli şəhərində polis tərəfindən güllələnib.

İranın Norveçdəki İnsan Haqları Təşkilatının məlumatına görə, Samak təhlükəsizlik qüvvələri tərəfindən birbaşa baş nahiyəsindən hədəfə alınıb. Eyni bəyanatı Nyu-Yorkda yerləşən təşkilat da yayıb.

Təşkilat rəsmi “Twitter” hesabında Samakın dəfnindən çəkilmiş videonu yayımlayıb. 27 yaşlı gəncin qohumları “Diktatora ölüm” şüarları səsləndiriblər.

Digər yazı isə hazırda İran millisinin 26 yaşlı yarımmüdafiəçisi Səid Ezatolahidən gəlib.

Samakla eyni yerdə doğulan milli futbolçu uşaqlıqda eyni komandada oynadıqlarını bildirərək, həmin dövrə aid fotosunu paylaşıb.

Ezatolahi qeyd edib ki, “Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq. Gənclərimiz və millətimiz buna layiq deyil”.