“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
15:37 | 19 iyul 2024 | Cümə
Məqaləyə 587 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Vladimir Zelenski Avropa Siyasi Birliyinin Sammitində iştirak etmək üçün gəldiyi İngiltərədə BBC-yə açıqlama verib. Yenidən namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampın daha əvvəl “Ukraynada baş verənlər məni maraqlandırmır” deyən Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürməsi ilə bağlı sualı cavablandıran Zelenski, “ola bilsin ki, yeni seçiləcək administrasiya Ukraynada nə baş verdiyini anlamır. Əgər gəlsələr, biz onlarla işləməliyik. Onların dəstəyinə ehtiyacımız var. Çətin olacaq, amma çətin işdən qorxmuruq”, – deyib.
Böyük Britaniyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməyəcəyinə inandığını bölüşən Zelenski, münasibətlərdə yeni səhifəyə deyil, səhifəni dəyişdirmək gücünə ehtiyaclarının olduğunu bildirib.
Ukraynaya söz verdiyi “F-16” təyyarələrinin hələ də təhvil verilmədiyinə diqqət çəkən Zelenski, “18 ay keçdi, amma təyyarələr hələ gəlmədi”, – deyib.
Digər ölkələrə hərbi texnika və maliyyə dəstəyinə görə təşəkkür edən Zelenski qeyd edib ki, döyüş təyyarələri Rusiyanı çəkindirmək üçün vacibdir. O, həmçinin bildirib ki, Rusiya iyunda İsveçrədə keçirilən Ukrayna Sülh Sammitində iştirak etməyib, noyabrda keçiriləcək sammitdə isə iştirak etməlidir.
Buna nail olmaq üçün bütün dünyanın Rusiyaya təzyiq göstərməsi lazım olduğunu vurğulayan Zelenski, “bu, bütün torpaqların güc yolu ilə qazanılması demək deyil. Diplomatiyanın gücü də kömək edə bilər”, – deyib.
Ukraynada prezident seçkiləri ilidir, lakin konstitusiya müharibə zamanı seçkilərə icazə vermədiyi ilə bağlı sualı cavablandıran Zelenski əlavə edib ki, o, postundan çəkilmək üçün bir tarix nəzərdə tuturdu, lakin bu, müharibə bitənədək baş verməyəcək.