vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
21:18 | 20 iyul 2024 | Şənbə Məqaləyə 283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli Assambleyada rekord

Fransada siyasətindəki qütbləşmə parlamentdə də öz əksini tapdı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar ümumi seçkilər ölkə tarixinin ən parçalanmış parlamentdə (Milli Assambleya) rekord sayda siyasi qrup formalaşıb.

Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların uğurundan sonra Makronun Fransa siyasətinə “aydınlıq” gətirmək üçün keçirdiyi növbədənkənar ümumi seçkilərin nəticələri ölkəni öz tarixində daha əvvəl rastlaşmadığı koalisiya hökuməti prosesinə gətirdi.

Fransızları təmsil edəcək 577 deputatın müəyyənləşdiyi seçkilərdə solçu Yeni Xalq Cəbhəsi ittifaqı parlamentdə ən çox mandat qazandı və qapılarını 18 İyulda yeni millət vəkillərinə açan parlamentdə siyasi qrupların bölüşdürülməsi ilə bağlı qeyr-adi mənzərə ortaya çıxdı. Milli Assambleyada siyasi qrup yaratmaq üçün azı 15 deputat tələb olunur.

***

Makronun Fransa siyasətini “aydınlıq” yox, “qarışıqlığa” sürükləməkdə ittiham olunduğu seçkilər nəticəsində Milli Assambleyada 11 siyasi qrup yaradıb.

2022-ci il ümumi seçkilərindən sonra 10 olan bu rəqəm, 30 iyun və 7 iyul seçkilərində yeni rekord qıraraq 11-ə yüksəldi. Seçkilərə ifrat sağçılarla ittifaqda getmək istəyən Respublikaçılar (LR) partiyasındakı parçalanma siyasi qrupların sayının artmasında təsirli olub.

Yeni Parlamentdə Makron alyansının yaratdığı qrupdan başqa bütün siyasi qruplar müxalifəti seçib. Digər tərəfdən, seçkilərdə ən çox mandat qazanan 4 solçu partiyanın yaratdığı Yeni Xalq Cəbhəsi ittifaqı Makronun onların qrupundan baş nazir təyin etmədiyi təqdirdə müxalifətdə yer alacağına söz verib.

Digər tərəfdən, Yeni Xalq Cəbhəsi ittifaqı altında seçkiyə gedən sol partiyaların yaratdığı qrupların bölgüsü belə olub: “Əyilməyən Fransa” (LFI) 72, Sosialistlər və onlara bağlı qruplar 66, Sosial və Ekoloji qrup 38, Respublikaçı demokrat sol 17 deputat.

Bununla da Yeni Xalq Cəbhəsi alyansındakı deputatların sayı 193-ə çatıb. Bu ittifaqı 166 deputatla Makronun hakim koalisiyası izləyib. Parlamentdə “Respublika Uğrunda Birgə” partiyasından 99, “Üfüqlər” və “Müstəqillər” partiyasından 31, Makron ittifaqını təşkil edən Demokratlar Partiyasından (MODEM) 36 deputat var idi.

Parlamentdə üçüncü ən böyük siyasi qrup 142 deputatla ifrat sağçı Milli Birlik (Mİ) və onun tərəfdaşları olub. İfrat sağçı qrup deputatlardan 126-sı RN partiyasına daxil olduğu halda, ifrat sağçılarla müttəfiqlik edərək seçkiyə getmək qərarına gəldikləri üçün LR-dən qovulan Erik Çiotti və ətrafının qurduğu “Sağ” partiyası 16 yeri qazanıb.

Respublikaçı sağ qrupunun 47 deputatı, 2018-ci ildə yaradılan LIOT qrupunun isə 21 deputatı var idi. Yeni parlamentdə 8 deputat heç bir siyasi qrupa daxil deyil.