vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
14:47 | 28 iyul 2024 | Bazar Məqaləyə 183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən güclü seçki sistemi bizdədir”

Maduro: “Sanksiyalara baxmayaraq çətin günləri geridə qoymağı bacardıq”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela prezidenti Nikolas Maudro bu gün ölkədə keçiriləcək prezident seçkiləri üçün paytaxt Karakasda beynəlxalq müşahidəçilərlə görüşüb. Venesuelanın dünyanın ən güclü seçki sisteminə sahib olduğunu iddia edən Maudro, nəticələrin qalibi müəyyən edəcəyini ifadə edərək, xalqın seçiminə hörmət edilməsini istəyib.

Seçkiləri izləmək istəyən 5 keçmiş prezidentin ölkəyə gəlməsinə icazə verilməməsi ilə bağlı Maduro, “Bu mövzuda yeganə səlahiyyətli orqan Milli Seçki Şurasıdır. Müşahidəçi dəvət etmək səlahiyyəti yalnız onlardır. Heç bir şey qanundan üstün ola bilməz, biz qanunlara hörmət edilməsini istəyirik”.

Maduro bildirib ki, onlar dünyanın “ən güclü” seçki sisteminə malikdirlər.

Venesuelanın təktərəfli sanksiyalara və ifrat sağçıların yaratdığı zorakılığa baxmayaraq çətin günləri geridə qoymağı bacardığını vurğulayan Maduro, “İqtisadiyyatı öz səylərimizlə düzəltdik. Neft sənayesindən asılı olmayan çoxşaxəli istehsal sisteminə keçdik. Ölkə istehsalla artır, yerli valyuta dollar qarşısında möhkəmlənir və hər şeydən əvvəl, biz hiperinflyasiyanı ilk olaraq nəzarət altına aldıq”, – deyib.

Digər tərəfdən, Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkilər üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib. Müşahidəçilər arasında Türkiyə, Afrika Birliyi, Latın Amerikası Seçki Mütəxəssisləri Şurası (CEELA), İspaniyanın keçmiş baş naziri Xose Luiz Rodriges Zapatero və Braziliyanın keçmiş xarici işlər naziri Selso Amorimdən ibarət nümayəndə heyətinin olduğu bildirilib.

Venesuela xalqı bu gün yeni prezidenti seçmək üçün seçkiyə gedəcək.