“Fısıltı kimi səssiz”
Alman şirkəti Luvr qarətinə görə gündəm oldu
16:15 | 29 iyul 2024 | Bazar ertəsi
Məqaləyə 454 dəfə baxılıb
Şriftin ölçüsü
Alman şirkəti Luvr qarətinə görə gündəm oldu
Luvrun direktoru danışdı: “Muzeylər qala deyillər”
Luvr qarətinin təfərrüatı
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
İncəsənət aləmini sarsıdan məşhur muzey oğruluqları
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransanın 6 əyalətində bir çox telefon operatorunu hədəf alan təxribatlar həyata keçirilib. Fransa mətbuatında yer alan xəbərlərə görə, Ero (Herault), Buş-dü-Ron (Bouches-du-Rhone), Uaza (Oise), Maas (Meuse), Drom (Drome) və Od (Aude) şəhərlərindəki bir çox telefon operatorunun telekommunikasiya xətləri hədəf olub. “SFR”, “Bouygues” və “Free” şəbəkələri gecə saatlarında eyni vaxtda edilən təxribatlara tuş gəlib.
Polis mənbələrindən alınan məlumata görə, şəbəkələrin problemləri fiber optik kabellərin kəsilməsi nəticəsində baş verib. “Le Parisien”ə verdiyi açıqlamada “Free” şəbəkə rəsmiləri çox operatorlu şəbəkə insidentinin baş verdiyini və bəzi xidmətlərin kəsilə biləcəyini təsdiqləsələr də, problemin dəqiq səbəbi barədə məlumat verməyiblər.
Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gündəlik mətbuat konfransında Fransa rəsmisi Etien Tobua (Etienne Thobois) dəmir yollarında təxribat törədildikdən sonra bu səhər qatarların yenidən fəaliyyətə başladığını bildirib.
İyulun 26-da Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış Fransanın Pani-sür-Mozel (Pagny-sur-Moselle), Kurtalen (Courtellain) və Kruaziy (Croisilles) şəhərlərində qatar xətləri yandırılıb. Verjini (Vergigny) şəhərində qatar xəttini yandırmaq cəhdinin qarşısı alınıb. Təxminən 800 min sərnişin qatar xətlərindəki fasilələr səbəbindən problem yaşayıb.
Yeni təxribatın qarşısını almaq üçün Fransa hökuməti tərəfindən əlavə təhlükəsizlik tədbirləri görülsə də, yanğınların səbəbkarları hələ də axtarılır. Fransa avqustun 11-dək davam edəcək Olimpiadaya ev sahibliyi edir. Parisdə keçirilən və təxminən 16 milyon turistin gözlənildiyi mundialda 206 nümayəndə heyətindən 10500 idmançı iştirak edir.