vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
21:12 | 16 avqust 2024 | Cümə Məqaləyə 171 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Meqafon diplomatiyası”

Maduro iki ölkənin yeni seçki çağırışını rədd edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələri ilə bağlı Kolumbiya və Braziliya prezidentlərinin çağırışlarını rədd edib.

Yerli mətbuatın yazdığına görə, Maduro Kolumbiya prezidenti Qustavo Petro və Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ölkədə prezident yeni seçkilərin keçirilməsi ilə bağlı çağırışlarına cavab verib. Maduro iki liderin çağırışlarını rədd edərək bildirib ki, ölkənin gələcəyini xarici güclərin heç bir təsiri olmadan yalnız venesuelalılar qərar verməlidir.

Siyasi mübahisələrin ölkə daxilində həll edilməsi lazım olduğunu vurğulayan Maduro, Venesueladakı mübahisələrin venesuelalılar arasında qurumlar, qanunlar və konstitusiya vasitəsilə həll ediləcəyini vurğulayıb. Maduro bu üsulu tənqid edərək, xarici liderlərin etdiyi zəngləri “meqafon diplomatiyası” kimi qiymətləndirib.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səs toplayaraq üçüncü dəfə seçkilərdə qalib gəlib.

İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.

Kolumbiya prezidenti Qustavo Petro yeni seçkilərin keçirilməsinə çağırıb və Venesuelada hökumət və müxalifət arasında siyasi həll yolu ilə bağlı “rotativ hökumət” təklif edib. Braziliya prezidenti Luiz İnasio Lula da Silva “koalisiya hökuməti qurmağı” və ya “yeni seçkilərin” keçirilməsini təklif edib.