

Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Paşa Qəlbinur daha 5 illiyə kafedra müdiri seçildi
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
Azərbaycanda tələblər hansı imtiyazları istəyir?
Cəzanızsa cəzasızlıq oldu, ağ xalatlılar!
Hər iki adamdan biri astma xəstəsi olacaq
Qalmaqallı qanun qayıdır
Keçmiş rektor təhsildəki islahatlardan danışdı
Abituriyentlərin suallarının cavablandırmaq üçün bütü mümkün vasitələrdən istifadə olunub
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti ADA-ya üz tutub
Yeni vəzifələrə Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun oğulları təyin olundular
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə daxil olub
Dünya ölkələrinin müxtəlif sahələr üzrə tanınmış tibb alimləri, professorlar Azərbaycan Tibb Universitetinin qonağı olublar. ATU rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə Amerika-Avstriya Fondunun Direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski, Kolumbiya universitetinin klinik pediatriya üzrə professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digər əməkdaşları iştirak ediblər.
Görüş zamanı millət vəkili Əhliman Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, universitetin həkim-müəllim heyəti, son illər istifadəyə verilən klinikaları barədə ətraflı məlumat verib. Daha sonra azərbaycanlı səhiyyə işçilərinin xarici ölkələrdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Cənab Volfqanq Aulitski da öz növbəsində ATU ilə tanışlığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Amerika-Avstriya Fondunun xətti ilə tanınmış professorlar, həkimləri dünyanın müxtəlif ölkələrində təlimlərdə çıxış edirlər. V.Aulitski ATU-nun peşəkar həkimlərini də təlimçilər sırasında görmək istədiyini bildirdi.
Xarici qonaqlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəhimə Qabulova, Rezidentura şöbəsinin dekan müavini İsmayıl Əfəndiyev, I cərrahi xəstəlikləri kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.