

Papa Fransisk kilsə ilə bağlı qalmaqallara görə yalvarmalıdırlar
Zavod yenidən işə başlayır, hava limanı isə hələ də bağlıdır
Avropanın ən turistik şəhərlərindən biri “Airbnb”ni qadağan edəcək
Belçikadan sonra Hollandiya da eyni qərarı verdi
Rekord 2 dərəcədən çox fərqlə qırılıb
Belçikada hökumətin formalaşdırılması üzrə işlər 4-cü aydır davam edir
Avropada nəqliyyatın hərəkətini iflic edən qəza
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
Belçikada 500-dən çox ferma zərər görüb
Şirkət rəhbərləri işçilərə iş saatları xaricində zəng edə bilməyəcəklər
Avropa iqtisadiyyatı çökə bilər
Avqustun tən ortasında ...
Olimpiya qızıl medakçısı velosipedçi Loqan Martinin şəxsi əşyaları və avadanlıqları oğurlanıb
Hava limanı boşaldılıb
Hökumət bildirir ki, saziş İranda həbs olunmuş belçikalının azadlığı üçün yeganə həldir
İran Belçikada ötən il terror ittihamı ilə həbs edilmiş Əsədulla Əssadinin buraxılmasını istəyir
Belçikanın Şarlerua (Charleroi) hava limanında işçilərin tətili səbəbindən bütün reyslər ləğv edilib. Şarlerua aeroportunun rabitə bölməsi işçilərin bu gün tətilə çıxdığını, buna görə də bütün gələn və gedən uçuşların ləğv edildiyini açıqlayıb.
Açıqlamada bu gün uçuşu olanlardan hava limanına gəlməmələri istənilib və sərnişinlərin bilet aldıqları şirkətlərlə əlaqə saxlamaları qeyd edilib.
Hava limanının baqaj, qeydiyyat, yanacaq doldurma və təhlükəsizlik kimi xidmətlərində çalışanları təmsil edən həmkarlar ittifaqları keçən həftə tətil keçirilə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Dünən hava limanının rəhbərliyi sentyabrın 12-də tətil olacağı və xidmətlərdə fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinlərdən uçuşların vəziyyətini diqqətlə izləmələrini istəyib.
Hava limanının rəhbərliyi sərnişinlərə yalnız kabin baqajını özləri ilə götürməyi tövsiyə edib.
Tətil səbəbindən bəzi uçuşların ləğv ediləcəyi və yerüstü xidmətlərdə fasilələrin olacağı gözlənilsə də, bütün uçuşların ləğv ediləcəyi nəzərdə tutulmurdu.
İşçilər iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb edirlər.