vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
20:39 | 8 fevral 2025 | Şənbə Məqaləyə 431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya hava sahəsi blokadada

Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

AZAL təyyarəsi ilə bağlı faciəvi hadisədən sonra Rusiya tamamilə “aviaksiya”ya çevrilib. “Flightradar24” xidmətinin 7 fevral tarixinə olan məlumatları bunu təsdiqləyir. Dərc olunan məlumata görə, Asiya və Avropa arasında hava trafiki demək olar ki, tamamilə Türkiyə üzərindən həyata keçirilir. Halbuki Rusiyanın hava məkanında yalnız tək-tək təyyarələr müşahidə olunur – əsasən daxili reyslər və ya qonşu ölkələrə uçuşlar həyata keçirənlərdir.

Məlumdur ki, son dövrlərə qədər Rusiya hava məkanından Avropaya uçuşlar üçün Çin, Hindistan və Cənub-Şərqi Asiyanın digər ölkələrindən olan aviadaşıyıcılar istifadə edirdi. Lakin Qroznı üzərindəki faciədən sonra bu marşrutlar da təhlükə altına düşdü. Halbuki Ukraynaya müdaxiləyə qədər Rusiya postsovet məkanında mübahisəsiz bir aviasiya lideri hesab olunurdu.

Belə ki, 2021-ci ildə Rusiya aviaşirkətləri dünyanın 121 ölkəsinə uçuşlar həyata keçirirdi. Lakin artıq 2024-cü ilin əvvəlində Rosaviatsiyanın rəsmi məlumatlarına görə, Rusiya şəhərlərindən yalnız 34 ölkəyə müntəzəm birbaşa reyslər icra edilirdi.

Hazırda dünyanın inkişaf etmiş heç bir ölkəsi ilə Rusiya arasında birbaşa hava əlaqəsi yoxdur. Avropa ölkələrinin, Serbiya istisna olmaqla, təyyarələri Rusiyaya uçmur və rus aviaşirkətlərini qəbul etmir.

Nəticədə, Moskva və ya Sankt-Peterburq sakinləri Avropaya getmək üçün Qazaxıstan üzərindən uçmaq məcburiyyətində qalırlar.