vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
18:51 | 10 fevral 2025 | Bazar ertəsi Məqaləyə 176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronu heç belə görməmisiniz...

Fransa prezidentinin görüntüləri sosial mediada gündəm mövzusu oldu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makronun rəsmi sosial media hesablarında paylaşılan video gündəm mövzusuna çevrilib. Parisdə keçiriləcək sammitə diqqət çəkmək istəyən Makron montaj etdiyi görüntüləri yayımladığı video ilə paylaşıb.

47 yaşlı Fransa liderinin yer aldığı kadrlarda Makron rəqs edərkən, saçlarını hörür və hətta rep mahnısı oxuyur. Süni intellektlə montaj edilən video Makronun 1980-ci illərin məşhur “Voyage voyage” mahnısı ilə saçlarını aslan yalı üslubunda kəsdirərək rəqs etməsi ilə başlayıb.

Bərbərlik təhsili verən sosial media fenomeninin yerini videoda montaj edilən Makron tutub. O, fransız sənətçisi Nekfeu ilə rep ifa edib. Fransa prezidenti başqa bir kadrda casus parodiya filmi “OSS117”dən bir səhnədə aktyor Jan Düjardeni yamsılayıb.

Makronun özünün “İnstaqram” platformasında “Yaxşı oynadı” ifadəsi ilə paylaşdığı video 216 mindən çox bəyənmə toplayıb.

***

Makron Fransanın paytaxtı Parisdə keçiriləcək Süni İntellekt Sammiti öncəsi süni zəkanın təsirlərinə diqqət çəkmək üçün paylaşdığı videoda “Çox yaxşı alındı, məni güldürdü”, – deyib.

Dünya liderləri və onların müavinləri ilə yanaşı, süni intellekt şirkətlərinin baş direktorlarının da qatılacağı sammitlə bağlı Makron videoda “Daha da önəmlisi, süni intellektlə böyük işlər görə bilərik. Biz səhiyyəni dəyişə bilərik, enerjini dəyişə bilərik, cəmiyyətimizdəki həyatı dəyişə bilərik”, – deyib.

Süni intellektlə bağlı inkişafların mərkəzində qalmağın vacibliyini vurğulayan Makron, “Fransa və Avropa hər fürsətdən istifadə etmək və eyni zamanda bizim prinsiplərimizi dəstəkləmək üçün bu inqilabın mərkəzində olmalıdır”, – deyib.

Makronun süni intellektin indi ABŞ və Çin arasında bir yarış olduğuna dair müzakirələrə qarşı durmağa çalışdığını ifadə etdiyi video, Makronun bir vaxtlar televiziya dünyasında iz qoymuş Angus MakGiver personajı kimi görünməsindən sonra başa çatıb.

***

Makronun görüntüləri sosial mediada heyranlıqla qarşılanıb, onun paylaşımına bir şərhçi “Sərin prezident”, – deyə status yazıb.

Başqa bir istifadəçi “Bu, bazar günü görməyi ehtimal etdiyim son şey idi”, – yazıb.

Bir nəfər “iki dəfə yoxladım ki, bu mənim prezidentimdir”, – yazaraq təəccübünü bildirib.

Bir şəxs montaj edilmiş şəklə başqa bir montaj şəkli ilə cavab verib. İstifadəçi şərhində Makronu Hörümçək adam rolunda paylaşıb.

Digər tərəfdən, Fransanın müəllif hüquqları qanununa dəyişiklik təklif etdiyi bir vaxtda paylaşılan video sənətçilərin tənqidinə məruz qalma riskini daşıyırdı.

Bununla belə, qanun layihəsi hələ qəbul olunmadığı üçün videonun mövcud qanunları pozmadığı və “bir az əylənmək”dən başqa heç bir prioriteti yoxdur.

***

Makron Fransa və Hindistanın həmsədrliyi ilə Parisdə keçiriləcək Beynəlxalq Süni İntellekt Sammiti öncəsi Fransanın “France 2” televiziya kanalına verdiyi müsahibədə bu sahəyə qoyacaqları sərmayə ilə bağlı açıqlama verib.

Sammit çərçivəsində “Fransada önümüzdəki illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayacaqlarını” açıqlayan Makron, bu investisiyanın ABŞ-ın “Stargate” layihəsinə “ekvivalent” olacağını qeyd edib.

Emmanuel Makron süni intellekt sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığı təmin edəcək “qlobal tənzimləmə”yə və ölkəsinin bu “yeni tərəqqi dövrünə” qoşulmasına çağırıb. Makron həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.