
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün Vladimir Putinlə telefon danışığı olduğunu desə də, ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti Moskvanın hərbi əsirlərə verdiyi sistematik işgəncələri işıqlandırıb.
Sankt-Peterburq həbsxanasının müdiri Ukraynadan gələn hərbi əsirlərlə bağlı söhbət düşəndə: “Onlara mərhəmət göstərməyin, amansız olun”, – deyib.
Məlumata görə, general-mayor İqor Potapenko müharibə başlayan kimi xüsusi təyinatlılara mühafizəçiləri toplayıb və normal qaydaların ukraynalı məhbuslara şamil edilmədiyini, zorakılığa heç bir məhdudiyyət olmadığını, digər həbsxanalarda olduğu kimi bədən kameralarına ehtiyac olmayacağnı, mühafizəçilər ayda bir dəfə öz vəzifə ərazilərini dəyişəcəklərini çatdırıb.
WSJ-nin bu gün dərc etdiyi eksklüziv hesabata görə, ukraynalı hərbi əsirlər üç ildir sistematik işgəncələrə məruz qalırlar. İşgəncələrə cinsi orqanlara elektrik cərəyanı qoşulması, maksimum ağrıya səbəb olan şiddətli fiziki zorakılıq və amputasiyaya səbəb ola biləcək qanqren daxildir.
Növbətçi ərazilərin daim dəyişilməsi səbəbindən sonradan tanınmayacaqlarını bilən mühafizəçilər hətta gözlərinə baxanları döyüblər.
Çılpaq arama, elektrik cərəyanı vurması, Rusiya himninin məcburi oxunması kimi təcrübələr standart hal alıb.
Ehtimal olunur ki, bunlar dindirmə zamanı əldə ediləcək məlumatları artırmaq və məhbusların geri qaytarılacağı təqdirdə yenidən döyüşmələrinin qarşısını almaq məqsədi daşıyır.
Xəbərin üç keçmiş həbsxana işçisinin, onların qaçmasına kömək edən şəxslərdən birinin, rəsmi sənədlərin və ukraynalı məhbusların ifadələrinə əsaslandığı vurğulanıb.
Bu üç məmur şahidlərin müdafiəsi proqramına salınıb və Beynəlxalq Cinayət Məhkəməsində (BCM) ifadə veriblər. İkisi deyir ki, Potapenkonun əmrləri “zorakılıq üçün boş çek” kimi qəbul edilib.
Biri deyirdi ki, özünü həmişə vətənpərvər kimi qələmə verib, amma müharibədən sonra həbsxanalarda baş verənləri görəndən sonra başqa ölkədə yaşamalı olub.
BCM Rusiyanı mülki şəxslərə hücum etməkdə və ukraynalı uşaqları zorla öz ərazisinə aparmaqda ittiham edir. Vladimir Putin də daxil olmaqla, azı altı rusiyalı məmurun həbsinə order verilib. Müharibə ilə bağlı digər araşdırmalar da davam edir.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna ombudsmanlarının məhbuslarla rəftarla bağlı təmasda olduqlarını və işgəncə ilə bağlı ümumiləşdirmələrin aparıla bilməyəcəyini bildirib və “İşlərə fərdi baxmalısınız” deyib.