
Yüzlərlə şagird zəhərləndi
Hindistanda məktəb yeməklərində ilan tapıldı
Hindistanda məktəb yeməklərində ilan tapıldı
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Problemlər insanların onları beyinlərində böyütdükləri boyda olur
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Heç kim üç kritik peşəyə maraq göstərmir
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Dörd fundamental dəyişiklik tələb olunur
Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, sanki məktəb yoxmuş kimi uşaqlar 1-ci sinifdən repetitor yanına gedir… Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?
Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi?
Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın.
İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır. Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun.
Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır!