vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
20:26 | 11 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Hizbullah” təhlükə yaradır”

Suriya təhlükəsizlik qüvvələri cinayətkarların məskən saldığı gizli yerlərə basqın edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya Sərhəd Təhlükəsizliyi Müdirliyinin Qərb Bölgəsi komandanı Muəyyəd əs-Salam verdiyi açıqlamada “Hizbullah” terror təşkilatının narkotik və silah qaçaqmalçıları ilə Suriya sərhədləri üçün təhlükəyə çevrildiyini bildirib.

Əs-Salam Suriyanın rəsmi xəbər agentliyi SANA verdiyi açıqlamada, “Ölkənin qərb sərhədlərində qaçaqmalçılıq fəaliyyətlərinə nəzarət etmək üçün ötən həftə başlatdığımız əməliyyat zamanı Suriyanın Haveyk, Cermaş, Vadi əl-Hourani və Akum kəndlərində silahlı dəstələrlə toqquşma oldu”, – deyib.

“Əməliyyat zamanı qüvvələrimiz çətənə və kaptaqon həbləri istehsal edən və qablaşdıran çoxsaylı gizli obyektlərə, anbar və fabriklərə, habelə saxta pulların çapı üzrə ixtisaslaşmış mətbəələrə basqın edib. Biz həmçinin Livanla sərhəd bölgələrindən qaçaqmalçılıq yolu ilə keçirilən çoxsaylı silah və narkotik daşımalarının qarşısını aldıq”, – deyə əs-Salam bildirib.

“Hizbullah” terror təşkilatı yaraqlılarını bombalayarkən, əməliyyatın Livanın daxili ərazilərini hədəf almadığını bildirən Suriya rəsmisi, əməliyyatların Suriyanın qonşu kəndləri ilə məhdudlaşdığını və mülkilərin yerləşdiyi ərazilərdə silahlı qaçaqmalçı dəstələri və yaraqlıların hədəf alındığını bildirib.