vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜTALİƏ  
08:10 | 14 fevral 2025 | Cümə Məqaləyə 245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“50 il əvəzinə bizə 5 il verilmişdi”

Riçard Feynman: “Günahımız nə idi?”

İbrahim NƏBİOĞLU

Riçard Feynman 13 yaşından tanıdığı və aşiq olduğu Arlin Qrinbaumla 19 yaşında ailə həyatı qurur. Toy ərəfəsində Arlinin vərəm xəstəliyi olduğu və çox az ömrünün qaldığı bilinirdi. Feynmanın ailəsi bu evliliyə qarşı çıxır. Ancaq gələcəyin dahi fiziki, atom bombasının yaradıcılarından biri və gələcəyin Nobel mükafatı laureatı nəyə getdiyini bilə-bilə çocuqluq eşqi ilə izdivac edir. Bəy və gəlinin yaxınlarının iştirak etmədiyi kilsədəki nikah mərasimindən sonra növbə gəlini öpməyə gəlir. Ölümcül xəstə olduğu üçün Riçard ismətli arvadını yanağından öpməklə kifayətlənir.

Los Alamosdakı məşhur poliqonda atom bombası üzərində çalışarkən Riçard xəstəxanada yatan Arlini ancaq bazar günləri görə bilirdi. Bir müddət sonra Arlin dünyasını dəyişir. Görkəmli alim illər sonra yazacağı kitabında bu sətirlərə yer verir:

“Əgər bir marslı (fərz edək ki, marslı ancaq bədbəxt hadisə nəticəsində ölə bilər) Yerə ensə və özünəməxsus bir irqin məxluqlarını – öləcəklərini bilərək 70-80 il yaşayan insanları müşahidə etsə və həyatın müvəqqəti bir hadisə olduğunu görsə, bunlar ona nəhəng psixoloji problem kimi görünərdi. Biz insanlar bu problemə baxmayaraq necə ediriksə gülür, zarafatlaşır, yaşayırıq. Arlinlə olan hadisədəki yeganə fərq onda idi ki, 50 il əvəzinə bizə 5 il verilmişdi. Ancaq bu yalnız kəmiyyət fərqi idi, psixoloji problem elə olduğu kimi qalırdı. Bu problem bir halda başqalaşa bilərdi – əgər bizə desəydilər ki, başqalarına yaxşıdır, axı onlar 50 il yaşayacaqlar. Ancaq bu dəlilikdir. Niyə ümidsizliyə qapılıb “Nə üçün bizim bəxtimizə bu yazıldı? Tanrı bizə niyə belə etdi? Günahımız nə idi bizim?” kimi fikirlərə qapılaq ki? Əgər həqiqətləri bilir və ürəyində onu qəbul edirsənsə bütün bu suallar yersiz və cavabsızdırlar. Bu suallar cavabını kimsənin bilmədiyi suallardır. Düşdüyün vəziyyət həyatdakı hadisələrdən ancaq biridir”… 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)