Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
11:23 | 14 fevral 2025 | Cümə
Məqaləyə 496 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ ilə Rusiya Vladimir Zelenskinin gözlənilən danışıqlardakı iştirakını məhdudlaşdırmaq və ya onu heçə saymaqla sövdələşmə masası qurmaq niyyətlərini ifadə edirlər. Hərçənd ki, bu, birbaşa Trampla bağlı deyil, hətta Bayden administrasiyası dövründə də Rusiya ilə razılaşma rejimi müəyyən edilirdi, amma rəqabətin tonu sərt olduğundan nə Putin, nə də Bayden bir-birinə etibar edirdilər. İndi isə Trampla Putin dil tapmaq üçün ortaq bir performansa sahib olduğundan proses Ukraynanın başı üzərinə qaldırılmış qılınc olur. Bunu təsdiq edən məqamlar var.
Birinci tezis
1. Rusiyadan verilən rəsmi bəyanatların oxunuşları belə deməyə əsas verir ki, Putin gələcək sülh danışıqlarında hər hansı güzəştdə maraqlı olmayacaq;
2. Putin Ukrayna ilə bağlı bütün maksimalist tələbləri yerinə yetirən sülh sazişini dəstəkləyir;
3. Zelenskinin sülh razılaşması ilə əlaqədar əvvəl irəli sürdüyü prinsipləri ABŞ-nin yeni müdafiə naziri Pit Heqset puç edib. Cənab Heqset bildirib ki:
– Ukrayna NATO-nun bir hissəsi olmayacaq,
– Ukrayna heç vaxt 2014-cü il sərhədlərinə qayıtmayacaq,
– Rusiya ilə Ukrayna arasında istənilən sülhməramlı qüvvələr ABŞ qoşunları yox, Avropa ya da qeyri-Avropa olacaq.
ABŞ olmadan isə Avropanın təhlükəsizliyi problemlidir.
İkinci tezis
Telefon danışığının nəticələri nə Rusiyanın ABŞ, nə də ABŞ-nin Rusiya üzərində strateji qələbəsi kimi təqdim edilməlidir. Bu müzakirələr sadəcə Ukraynadakı müharibəni “bitirmək” üçün Moskva-Vaşinqton xəttində hazırlanacaq strategiya üçün ilkin siqnaldır. ABŞ-nin məqsədi əslində Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaq deyildi.
ABŞ-nin keçirdiyi sınaq Ağ Ev üçün məğlubiyyət sayılmır, Vaşinqtonun yeganə problemləri həddindən artıq maliyyə yükü çəkməsi idi, o, nəticə vermədikdə isə təbii ki, Ukrayna böyük planın bir hissəsi kimi qurban verilir.
ABŞ üçün Ukrayna müharibəsinin daha böyük qlobal hədəfi:
1. Çinin təsirlərini azaltmaq, Rusiyanın məğlubiyyətindən sonra Çinin ambisiyaları barədə fərqli ölçülər götürmək idi,
2. Yəni ABŞ bilirdi ki, Ukrayna onsuz da 2014-cü il sərhədlərinə çıxa bilməyəcək, sadəcə bu müharibə Vaşinqton üçün Rusiya və Çinin güc dinamikasını test etdi,
3. Çin gözlənilənin əksinə olaraq daha da böyüdü, siyasi və təhlükəsizlik sferalarına nüfuz etdi, Ukrayna müharibəsinin həlli ilə əlaqədar fəal diplomatiya nümayiş etdirdi,
4. Artıq Çin də Rusiya-ABŞ sövdələşmələrindən pay almaq üçün start götürüb, Pekinin Tramp-Putin görüşünə ev sahibliyi etmək üçün səyləri bu planın bir hissəsidir.
Üçüncü tezis
Cənab Zelenskinin isə ABŞ vizyonunda parlaqlığı getdikcə itir, çünki artıq onun hətta əvəzlənməsi ehtimalları da mövcuddur. Zelenski əslində ABŞ ilə Böyük Britaniya strategiyasının yoxlanılmasına xidmət edən uğurlu, lakin Ukraynanın taleyi baxımından uğursuz layihə idi.
ABŞ-nin Ukrayna ərazilərində strateji iqtisadi mülkiyyət əldə etmək planı da Zelenskinin iradəsinin kənarında olan prosesdir və ehtimal ki, geoiqtisadi bölgüdə Vaşinqton, Moskva və Çin sərmayələri daha çox görünəcək...