
Böyük dövlətin cılız prezidenti
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Parislə Tel-Əviv arasında diplomatik qalmaqal
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
«BBC» bildirir ki, Fransanın yeni baş naziri Manuel Vals Fransa iqtisadiyyatını rəqabətə daha da davamlı etmək üçün büdcə xərclərini və vergiləri azaldacağına söz verib. O, bu vədləri verərkən «Fransanın çox əziyyət çəkdiyini və buna heç bir ümidinin olmadığını» bildirib.
Vals həmçinin işsizliklə mübarizə məqsədilə işçi qüvvəsi xərclərinin iki il ərzində 30 milyard avro (41 milyard dollar) azaldılacağını bildirib.
Xatırladaq ki, prezident Fransua Olland ötən həftə bələdiyyə seçkilərində sosialistlərin zəif nəticələrindən sonra Valsı vəzifəyə təyin etmişdi.
Fransa parlamentindəki ilk çıxışında Vals büdcə kəsirlərinin azaldılması ilə bağlı Aİ-Fransa razılığına sadiq qalacağını bildirmişdi. Buna baxmayaraq, o, ciddi iqtisadi tədbirlərə əl atmayacağını deyib.
Onun «Mən ciddi iqtisadi tədbirlərin deyil, büdcə xərclərinin ciddi idarə olunmasının tərəfdarıyam» sözləri palatada alqışla qarşılanıb.
O, həmçinin Avropa Mərkəzi bankının Fransa ixracatına zərər vuran valyuta siyasətini tənqid edib. Büdcə xərclərinin azaldılması üçün Aİ-nin Fransaya verdiyi möhlətin uzadılması barədə isə heç nə deməyib.
Fransa 2015-ci ilin sonunadək büdcə xərclərini ötən ilki 4.3 faizdən 3 faizə azaldacağına söz verib. Fransa iqtisadiyyatı hal-hazırda zəif iqtisadi artım və təxminən 11 faiz olan işsizliklə mübarizə aparır.
Etimad rəyi
Ciddi nüfuza malik olan sabiq daxili işlər naziri Vals parlamentdəki çıxışından az sonra etimad rəyi qazanıb. 239 səsə qarşı 306 səslə parlamentarilər yeni kabineti dəstəkləyiblər.
Qeyd edək ki, Ollandın Sosialist Partiyası ötən ay bələdiyyə seçkilərində çox böyük itkilərlə üzləşdi. Bundan sonra o, kabineti yenidən təşkil etməyə məcbur oldu.
Əvvəlki kabinetdə 38 nəfərlə təmsil olunan Ollandın komandasında hal-hazırda 18 nazir qalıb. Ekologiya, davamlı inkişaf və energetika naziri, həmçinin Ollandın sabiq xanımı və 4 uşağının anası Seqolen Royal da onların arasındadır.
Bundan əlavə, ötən ayın bələdiyyə seçkiləri mühafizəkarlar və radikal sağçı Milli Cəbhə (FN) partiyası üçün uğurlu oldu.