
Dayaz sular strategiyası
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
30,000 sərnişinin uçuşu ləğv edildi
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
Tətil səbəbindən bəzi uçuşlar təxirə salınıb
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
E.Coli zəhərlənmələrinin sayı 28-ə yüksəlib
Məktəblər sabahdan bağlanır
İsti dalğası ilə bağlı 14 rayona xəbərdarlıq edilib
“Leclerc”dən sonra “Auchan” məhsullarında təhlükəli bakteriya tapılıb
Temperatur 39 dərəcəyə çatacaq
Panika təcili enişə səbəb oldu
«France 24» xəbər verir ki, iyunun 19-da Fransanın dəmir yolu işçilərinin əksəriyyəti öz işlərinə qayıdıblar. Qanunvericilər Fransada ən uzun tətilə səbəb olan islahat planını qəbul etmək üçün səs veriblər.
İyunun 18-də Milli Assambleyanın deputatları Fransanın köhnəlmiş dəmir yolu sistemi ilə bağlı yeni islahatlar qəbul ediblər. Ayrı fəaliyyət göstərən SNCF dövlət dəmiryolu şirkəti və dəmir yolları infrastrukturuna nəzarət edən RFF şirkətləri bir holdinqdə birləşəcəklər.
İslahatlar Avropanın nəqliyyat marşrutlarının sərbəstləşdirilməsinə, həmçinin Avropa İttifaqında yeni sistemin qurulmasına yönəlib. Sektorda rəqabətin artmasına görə həmkarlar ittifaqları işçilərinə verdikləri müavinətlərin azalmasından narahatdırlar. Deputatlar narahatlığa son qoymaq üçün yeni qurumların «ayrılmazlığı və bütövlüyünü» qoruyan, eləcə də müəssisə şurasının yaradılmasına imkan verən düzəlişlərə səs veriblər.
Dəmir yolu işçilərinin 9 gün davam edən tətili cümə axşamı sakitləşib. SNCF şirkətinin bildirdiyinə görə, tətildə 150 min işçidən 10.5 faizi iştirak edib. İşçilərin az bir hissəsi tətili davam etdirmək qərarına gəliblər. Xatırladaq ki, Fransada tətillər yüzlərlə reysin təxirə salınmasına və gecikmələrə səbəb olmuşdu.
Gələn həftə yekun səsvermə gözlənilir
İyunun 24-də parlamentdə yekun səsvermə keçiriləcək.
İyunun 19-da hər on qatardan yeddisi işləyib. SNCF şirkəti xidmətin bərpası üçün işlərin davam etdirildiyini bildirib. «Artıq işə başlamaq vaxtıdır. Biz 15 milyon avro itirmişik - ötən ilki nəticələrimizin üçdə birini. Bu, böyük rəqəmdir», - SNCF şirkətinin rəhbəri Guilliyam Pepi gündəlik «Le Parisien» qəzetinə bildirib.
Prezident Fransua Ollandın sosialist hökuməti 2011-ci ildən planlaşdırılan vacib islahatların gecikdirildiyini deyib.
Qeyd edək ki, baş nazir Manuel Valls iyunun 18-də SNCF şirkətinin 44 milyard avroluq borcunun araşdırılması üçün parlamentdən hesabat tələb edib. Həmkarlar ittifaqı isə hökumətin bu problemi həll etməsinə çalışır.