

Yəhudiləri vəba epidemiyasında günahlandırıb kütləvi qırdılar
Rumıniyadan Niderlanda sərgilənmək üçün gətirilmişdi
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
İp üzərində qitədən-qitəyə keçdi
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
NATO-ya Rusiya xəbərdarlığı
Avrozonada illik inflyasiya avqustda 2,2 faiz təşkil edib
Svalbard adalarındakı buzlaqlarda bütün zamanların ən böyük göstəricisi qeydə alınıb
Gen dəyişikliyi soyuq iqlimə köçən ilk insanlarda bədənin istilik istehsalını artırıb
Rumıniya və NATO rəsmiləri PUA qalıqları ilə bağlı ard-arda açıqlama verib
Rusiya PUA-ları Avropa istiqamətində Ukrayna sərhədini keçib
Tunis maliyyə dəstəyi və avadanlıq tələb edir
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
Serbiya ilə AB arasında Rusiya gərginliyi!
Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”
Hər yerdən çıxırlar, camaat təlaş içində
Rumıniya məhkəmə orqanlarının sözlərinə görə, prezidentin qardaşı korrupsiya qalmaqalına qarışdığı iddiasi ilə məhkəmə nəzarəti altına alınıb. Bu səbəbdən baş nazir ölkə prezidentini istefaya çağırır. Məlumatı «Euractiv» xəbər portalı yayıb.
İddialara əsasən, Mirça Besesku Sandu Angel adlı «cinayət dünyası» hakiminin məhkəmə işi ilə bağlı külli miqdarda rüşvət alıb. Rüşvət qarşılığında 2011-ci ildə açılan cinayət işində öz qohumuna ölümcül şəkildə xəsarət verməkdə təqsirli bilinən Sandu Angel 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayətkar Sandu Angelin oğlu Florin Angel «Antena 3» Rumıniya televeziya kanalına verdiyi müsahibəsində Mirça Beseskunun onun atasının daha yüngül cəza almasını təmin etmək üçün külli miqdarda pul aldığını söyləyib. Florinin sözlərinə görə, ölkə prezidenti qardaşının etdiyi bu özbaşınalıqlardan xəbərdardır.
Qeyd edək ki, Florin Angelin özü də hal-hazırda cinayət məsuliyyətinə cəlb edilib. Mirça Besesku isə öz növbəsində bu məsələlərdə təqsirli olmadığını bildirir.
Prokurorluğun iddianaməsində «Mirça Beseskunun cinayətkar (Sandu Angelin) cəzasının yüngülləşdirilməsi və ya ümumiyyətlə təqsirli bilinməməsi üçün 20.02.2011-ci il tarixindən 22.02.2012-ci il tarixinə kimi 250.000 avro rüşvət aldığı iddia edilir. Bu məbləğ ona məlumatçı (Sandu Angelin oğlu Florin Angel) tərəfindən üçüncü şəxs vasitəsi ilə ötürülmüşdür», - deyə qeyd olunub.
Üçüncü şəxsin kim olduğu hələ müəyyənləşməsə də, onun da 350.000 avro aldığı bildirilir. Vasitəçinin kimliyinin müəyyənləşməsinə zəmanət üçün isə məhkəmə iddiaçıları Mirça Beseskunun 30 gün müddətində həbsdə saxlanılması tələbini irəli sürüblər.
Solçuların təmsilçisi baş nazir Viktor Ponta prezident Beseskunun istefasını atıla biləcək ən düzgün addım kimi qiymətləndirir. «Prezidentin istefası məhkəmənin heç bir təzyiqə məruz qalmaması üçün böyük bir jest olardı», - deyə baş nazir bildirib.
Xatırladaq ki, prezident Besesku 2004-cü il seçkilərində ilk qələbəsi zamanı anti-korrupsiya və müstəqil məhkəmələrin yaradılmasının güclü tərəfdarı kimi ad qazanıb.
İyunun 19-da mətbuata verdiyi açıqlamalarda prezident Besesku «Bu məsələdə mənim də iştirakçı olmağım ilə bağlı iddialar mövcuddur. Bu səbəbdən məhkəmə orqanlarından mənim Sandu Angelin məhkəməsi ilə əlaqəli olduğuma dair sübutları üzə çıxarmalarını tələb edirəm», - deyə qeyd edib.
«Prezidentin qardaşı olmaq sizi qanuna tabe olmaqdan azad etmir. Sizləri əmin edə bilərəm ki, mən məhkəmənin möhkəmləndirilməsi və ya qardaşımın azadlığı arasında seçim etməli olsam, məhkəmə sisteminin möhkəmləndirilməsini seçərəm», - deyə prezident Besesku əlavə edib.
Rumıniya Beynəlxalq Şəffaflıq reyestrinin siyahısında Aİ ölkələri arasında Rumıniya təkcə Bolqarıstan və Yunanıstandan geri qalır. Bu səbəbdən də Avropa Komissiyası Rumıniyanın məhkəmə sisteminə xüsusi nəzarət konsepsiyasını tətbiq edib.
Qeyd edək ki, Rumıniyada təkcə ötən il 1000-dən çox adam korrupsiya qalmaqalına görə məhkum edilmişdir. Bu məhkumlar sırasına 6 nazir və parlament üzvləri, 5 icra başçısı, 34 bələdiyyə başçısı və millət vəkilləri, hakimlər, vəkillər, eləcə də dövlət şirkətlərinin rəhbərləri daxildir.