Yay tətili öncəsi uçuş böhranı
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
15:58 | 15 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 4252 dəfə baxılıb
Şriftin ölçüsü
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri barədə «Euronews» kanalında süjet yayımlanıb. Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi qeyd olunur, əsas sərginin «Azərbaycan - ənənələr və gələcəyin ölkəsi» adlandırıldığı diqqətə çatdırılır.
Süjetdə Azərbaycanın dostları cəmiyyətinin üzvü Nataniel Beker bildirir ki, ekspozisiya üç bölmədən ibarətdir. Onun mərkəzi hissəsini təsviri-tətbiqi incəsənət, xalçaçılıq, milli musiqi alətləri, misgərlik nümunələri təşkil edir.
Daha bir bölmə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilib. Süjetdə Nizami Gəncəvinin orta əsrlərdə Şərqin ən görkəmli şairlərindən biri olduğu, epik poeziyaya danışıq dili və realistik üslub gətirdiyi vurğulanır. Qeyd edilir ki, Nizaminin əsas əsərləri beş poemadır. Bunlardan birinin ən sevilən personajları Şərq əfsanəsinin qəhrəmanları Leyli və Məcnundur.
Daha bir bölmədə Azərbaycan rəssamları haqqında məlumat verilir. Bildirilir ki, sərgidə rəssamlar Xalidə Səfərovanın və Kamil Nəcəfzadənin əsərləri nümayiş olunur. Nataniel Beker həmin rəssamların öz əsərlərində milli xüsusiyyətləri qoruyub saxladıqlarını söyləyir.
Süjetdə «Azərbaycan - ənənələrin və gələcəyin ölkəsi» sərgisinin Kannda iyulun 31-dək davam edəcəyi bildirilir.
Qeyd olunur ki, Azərbaycan mədəniyyəti günləri modelyer Renato Ballestranın moda nümayişi ilə yekunlaşıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib.
Süjetdə modelyer hazırladığı kolleksiya haqqında məlumat verərək bildirir ki, onun məqsədi – Azərbaycan qadınının keçdiyi yolu moda vasitəsilə nümayiş etdirməkdən ibarətdir.
Ekspozisiya kimi, moda nümayişi də üç mövzudan ibarət oldu: ənənələri ilə qədim əsrlərə gedib çatan xalçaçılıq, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının əsas rəmzlərindən olan nar və ölkə incəsənətində geniş əksini tapan alov.
Süjet bu sözlərlə yekunlaşır: «Azərbaycan mədəniyyəti günləri gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələlərindən biridir».