vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
19:40 | 17 iyul 2014 | Cümə axşamı Məqaləyə 18226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sevərək evlənmək istəyirdim...»

Emin Ağalarov: «Bu sevginin gətirdiyi əminliyi hiss etdim»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Krokus İnterşenl» şirkətinin sahibi Emin Ağalarov «TV Bulvar»ın çəkdiyi «Böyük şəhərin ulduzları: Emin Ağalarov» sənədli filmində ailəsi ilə bağlı bir sıra maraqlı məqamları açıqlayıb. Biznes və müğənnilik karyerası işıqlandırılan bu filmdə o, Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə münasibətlərinə, ailə qurmağına da toxunub. E.Ağalarov deyib ki, Leyla Əliyeva ilə tanış olmağını taleyin hökmü sayır.

«Tale bizi bir-birimizlə tanış olmaq üçün qarşılaşdırıb. Çünki mən çox gənc ikən evlənmək istəyirdim. Amma evlənəcəyim qızı tapmaqda müəyyən problemlərim var idi. Mən istəyirdim ki, sevərək evlənim. Sevgimin qiymətləndirilməsini arzulayırdım. Bunun «hesabla evlənmə» kimi olmasını istəmirdim. Mən hər kişi və qadının arzuladığı qarşılıqlı sevgi və məhəbbət sayəsində ailə qurmaq istəyirdim. Bu baş verəndə mən bu sevginin gətirdiyi əminliyi hiss etdim. O vaxt da evlənməyə qərar verdim. Evliyəm və özümü xoşbəxt hiss edirəm. İki uşağım var. Bu böyük bir sevinc deməkdir» - deyə E.Ağalarov deyib.

Emin Ağalarov 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçdə və ABŞ-da alıb. Bizneslə məşğul olur. «Krokus İnterneşnl» şirkətinin kommersiya direktorudur. 2006-cı ildə prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva 1986-cı il iyulun 3-də anadan olub. Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada təhsil alıb. Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, Rusiyada nəşr olunan «Баку» jurnalının baş redaktoru, Rusiyadakı Azərbaycan gənclərinin lideridir.

Emin Ağalarovun Leyla Əliyeva ilə evlənmələri 2006-cı ilin əsas xəbərlərindən biri idi. Onlar İsveçrənin qış kurortunda tanış olublar. Daha sonra nişanlanıblar. Rus mətbuatında onların nişanlanması barədə məlumatlar 2006-cı ilin hələ yanvar ayından söhbət gedirdi. «İzvestiya» qəzetində Bojena Rınskanın bu barədə maraqlı yazısı var. O bildirir ki,  bu Şərq gözəlinin ürəyini ram eləmək Eminə asan başa gəlməyib. Ona başa salıblar ki, Leyla ilə münasibət saxlamaq üçün prezident olan atasının icazəsini almalıdır. Bundan sonra Azərbaycan tərəfinin müvafiq adamları bu barədə məlumatlandırılır. 2006-cı ildə toy baş tutur... 

Emin həm də müğənnidir. 2006-cı ildə onun ilk «EMİN Still» adlı, ingiliscə albomu çıxıb. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-2008-ci illərdə iki disk buraxdırıb. Onun Bakıda iki konserti olub və böyük maraq doğurub. Rusiyada «RİA Novosti» Agentliyi və «public.ru» internet saytının birgə hazırladığı aristokratların «Celebrity-reytinq»inin aprel siyahısına azərbaycanlı biznesmen Emin Ağalarov başçılıq edb.