Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
-
Təhsil işçilərinin maaşı artdı
Prezident sərəncam imzaladı
-
1-ci sinfə qəbul qaydalar dəyişdi
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
-
Müəllimlərə mənzil veriləcək
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
-
Vergilər Nazirliyində yeni təyinatlar
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
-
Yeni təhsil naziri təyin olunub?
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
-
«Bir də gördüm hikkəylə girdi otağıma...»
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
-
Müdirin qisası
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
-
Nazirdən prioritetləri açıqladı
Hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?
-
«Erməni lobbisinin ayırdığı qrant hesabına ...»
Tarix İnstitutu «Böyük Ermənistan» xəritəsi qalmaqalı barədə
-
Dərslik mafiyasının arxadan zərbəsi
Tarix İnstitutundan «Böyük Ermənistan»a görə qəzəbli bəyanat
-
«Xəritədə Albaniyanın adı yazılmalıydı»
Qalmaqallı dərsliyin müəllifləri Təhsil Nazirliyinə çağırıldı
Tədris ilinin başlanmasına kifayət qədər vaxt var. Məktəbli formasının qayğısına isə elə indidən qalmaq lazımdır. Ölkə mediasında verilən çoxsaylı məlumatlarda Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formasının tələblərə uyğun olub-olmadığını təyin etmək məqsədi ilə monitorinqlər keçirməyə başlayıb. Deyilənlərə görə, monitorinqin nəticələrində məktəbli formalarını tikən müəssisələr bu haqda ətraflı məlumat verəcək. Bu məlumat yəqin ki, formanın seçimi zamanı valideynlərə çox kömək olacaq.
Uşaqlar məktəb illərinin çox hissəsini məktəbli formasında keçirirlər. Bu istehsalçıları vadar edir ki, məktəbli formasını tikərkən onun rahat və gözəlliyindən savayı, təhlükəsiz olmasına da zəmanət versinlər. Ekspertlər bununla bağlı məktəbli formasına bir neçə ciddi tələblər də irəli sürürlər.
Forma hiqroskopik, yəni nəmi içəridə saxlayan olmamalıdır. Bu onun lazım qədər nəm çəkmək qabiliyyətini azaldaraq hamam effekti yaradır. Belə formanın içində uşaqlar daha tez tərləyir və nəticədə onlar soyuqlayırlar. Bundan başqa, forma tikərkən havakeçirmə qabiliyyəti aşağı olan parçalardan da istifadə etmək olmaz. O bədəndən çıxan karbon qazının ifrazatına imkan vermir.
Keyfiyyət və təhlükəsizlikdən savayı məktəbli forması atributlarına da müəyyən tələblər var. Məktəbli formasının atributları uşaqların vətənpərvər ruhda tərbiyəsinə əlavə edilməli və ona daim qulluq olunmalıdır. Ona görə ki, uşaqların şüuru məhz bu illərdə formalaşır. Bu gün orta məktəblərdə oxuyan uşaqların sayı təxminən 1,3 milyon təşkil edir.
ANSPRESS öz yazılarında məktəbli formalarının üzərində dövlətimizin atributlarının olmasının zərurətini dəfələrlə qeyd edib. Bu məsələ ilə bağlı xalq artisti Amaliya Pənahova, Yazıçılar İttifaqının sədri, yazıçı Anar, Bakı Dövlət Universitetin professoru, tarix elmlərin doktoru Anar İsgəndərov, 40 illik təcrübəyə malik olan pedaqoq Məlahət Ələkbərova, xalq artisti Flora Kərimova, psixoloq Dəyanət Rzayev, məşhur siyasətçi Qabil Hüseynli öz fikirlərini bildirib və vətənpərvərlik hisslərini balalarımıza uşaqlıqdan formalaşdırmaq zəruriliyini qeyd edərək ANSPRESS-in təklifini dəstəkləyiblər. Uşaqlar dövlət rəmzlərini tanımalı və onlara hörmət etməlidirlər.
Vahid məktəbli forması tikən Bakı Tikiş Evində müxbirimizin verdiyi suala cavab verərək dedilər ki, bu məsələ onların səlahiyyətindən kənardır. Bu cür məsələlərə Təhsil Nazirliyi baxır. Bilmək istərdik ki, görəsən nəyə görə Təhsil Nazirliyi məktəbli formasının üzərindəki fabrik emblemini dövlət simvolundan daha üstün tutur. Məktəbli formasının üzərində tikiş fabrikinin embleminin olması bir növ şagirdlərin həmin fabrikin fəhləsi olması barədə yanlış təsəvvür yaradır.
Təhsil Nazirliyindən ANSPRESS-ə daxil olan məlumatda bildirilib ki, məsələ gələcəkdə tədqiq edilə bilər. Cavabın bir hissəsi olan «gələcəkdə tədqiq edilə bilər» sözləri bir qədər çaşdırıcıdır. Çünki gələcək dedikdə, onun konkret nə vaxt olduğu bildirilməməsi məsələnin həllinin ümidsiz olduğundan xəbər verir. Nəyə görə bu məsələ üzümüzə gələn yeni tədris ili üçün tədqiq edilməsin? Biz ki, gələcəkdə yox, hal-hazırda yaşayırıq və məktəb formasının ən açıq yerində BTE (Bakı Tikiş Evi) emblemi görürük. Bu Təhsil Nazirliyinə nə verir ? Bəlkə, orda çalışanların geyimində istehsalçının adı paltarların üst hissəsində yerləşdirilib? Axı bu mümkün də deyil. Məlumdur ki, istehsalçı haqqında məlumat, hansı parçadan tikildiyi, hansı temperaturda yuyulması və ütülənməsi yalnız geyimlərin iç tərəfində yerləşdirilir.
Yeri gəlmişkən, qeyd edilməlidir ki, Bakıda tanınmış xarici məktəblər var. Məsələn çoxillik təcrübəyə malik olan, dünyanın hər tərəfində tanınan Britaniya məktəbinin formasının üzərində istehsalçının emblemi yoxdur. Həmin yerdə məktəbin hansı dövlətə aid olduğunu göstərən BSB (Britaniyanın Bakıdakı Məktəbi) emblemi tikilib. Formanı tikən türk şirkətinin adı isə iç hissəsində göstərilir.
Məsələ ilə bağlı ANS PRESS-un müraciət etdiyi Təhsil Nazirliyi də sualları cavabsız qoyub. Yəni nazirlik ölkədəki orta məktəb şagirdlərinin vahid məktəbli formasının üst hissəsində Azərbaycanın dövlət rəmzlərinin və yaxud dövlət bayrağının yox, istehsalçının, yəni «Bakı Tikiş Evi»nin (BTE) emblemi olmasının səbəblərini izah etməyib. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, bu haqda hələlik heç nə deyə bilməyəcəklər, çünki bunun üzərində müvafiq şöbə məşğul olur. Bizə isə yalnız gözləmək qalır.