vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜBAHİSƏ  
17:44 | 27 avqust 2014 | Çərşənbə Məqaləyə 3071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Maskaları cıracam»

Müsavatda növbəti yarpaq tökümü, İsa Qəmbərin daha bir müşaviri istefa verdi

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib. Bu barədə APA-ya S.Əlisoy özü məlumat verib. Onun sözlərinə görə, buna səbəb Müsavat başqanlığına keçiriləcək seçkilərdə namizəd kimi sərbəst iştirak etməkdir: «Seçkilərə namizəd olduğum halda, başqanın müşavirliyinin verdiyi siyasi avantajdan istifadə etmək istəmirəm. Sıravi müsavatçı kimi seçki kampaniyasında iştirak etmək niyyətindəyəm».

S.Əlisoy qeyd edib ki, istefası ilə bağlı Müsavat başqanı İsa Qəmbərə müraciət edib. Səxavət Əlisoyun AzNews.az-a müsahibəsi istefası iə bağlı bəzi məqamlara aydınlıq gətirdi.


- Qurultaya bir ay qalmış müşavir postundan istefa verməyiniz nə ilə əlaqədardır?

- Siyasətdə bu, bir etik gedişdir. Yəni siyasi imkandan imtina etmək lazımdır. Müsavat Partiyasında ilk dəfə olaraq, mən bu addımı atdım. Təklif edirəm ki, digər siyasi partiyalarda, o cümlədən bizim partiyada da qurultay öncəsi başqanlığa namizədlər vəzifənin verdiyi üstünlüklərdən imtina etsinlər. Mübarizəyə sıravi müsavatçı kimi qatılsınlar. Bu daha ədalətli və obyektiv olar. 


- Ehtimal edirsinizmi ki, sizdən sonra Müsavat başqanlığına digər namizədlər də partiyadakı vəzifələrindən istefa verəcəklər?

- Bunu onların özündən soruşun. Mən düşünülmüş qaydada bu addımı atdım. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilatı işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir. Məhz, elə bu məqam ona üstünlük verir. Bu tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdır. Bəzən başqanlığa iddialı şəxslər güclü olduğunu deyir. Belədirsə, istefa ver, yarışa qatıl, gücün ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun. 


- Əgər Müsavat başqanı seçilməsəniz, istefa verdiyinizə görə, təəssüf hissi keçirməyəcəksinizmi?

- Əsla, heç bir peşmançılıqdan söhbət gedə bilməz. 10 ilə yaxın başqan müşaviri oldum. Daha bəsdir, qoy gənclər işləsin. Əgər başqanlığa namizəd olmasaydım da, müşavir vəzifəsindən istefa verməyi qərarlaşdırmışdım. Bir şəxsin 10 il eyni vəzifə daşımasını məqbul saymıram. Təklif edirəm ki, buyurub, gənclərin yolunu açsınlar. Mən hər zaman sözümü demişəm və bundan sonra da deyəcəyəm. 


- Əgər seçkidə ikinci tura ehtiyac olacaqsa və siz bu tura vəsiqə qazana bilməyəcəksinizsə, kimi dəstəkləyəcəksiniz?

- Bu barədə hələlik danışmıram. Özümün fərqli bir seçki kampaniyam var. Yaxın günlərdə sosial şəbəkələrdə, mətbuatda bununla bağlı fikrimi bildirəcəyəm. Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm. Çoxlarının hələ eşitmədiyi fikirləri açıqlayacağam. Bəzi maskaları yırtacağıq. Onda görəcəksiniz ki, fikirlərimi söyləməyə bəzən başqanın müşaviri olmağım mane olub.