«Məşhurların azadlqıda olmalarını istəmir»
Hüquq müdafiəçiləri Xədicə İsmayılı xarici kəşfiyyata işləməkdə suçladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
-
İş təcrübən çoxdursa, sosial müdafiən də güclü olacaq
Mütəxəssislər Əmək Məcəlləsinə edilən dəyişiklikləri şərh etdilər
-
Getmək istəyirsən bəhanəsiz get
Avropaya sığınacaq almaq üçün gedənlərin mütləq bir əsaslı səbəbi və ya bəhanəsi olmalıdır
-
Qanunları pozub, məsuliyyət daşımalıdır
Peşəsindən asılı olmayaraq, heç kimə hər hansı dövlətin suveren sərhədlərini pozmaq icazəsi verilməyib
-
«ATƏT-in tədbirləri ittiham məkanına çevrilib»
Sahib Məmmədov: «Düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanda ikinci cəbhə açsınlar»
-
Soyadımız necə olsun?
«İstənilən insan, istənilən soyadı götürməlidir»
-
İnsan Haqları üzrə Birgə İşçi Qrupa daxil olan hüquq müdafiəçiləri oktyabrın 31-də Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində mətbuat konfransı keçiriblər.
Qrupun üzvü Sahib Məmmədov İşçi Qrupun fəaliyyətinin bərpasını faydalı adlandırıb. Bu qrupun daha geniş tərkibdə fəaliyyət göstərəcəyi qeyd olunub. Eyni zamanda qrupa qarşı basqıların olduğu da nəzərə çatdırılıb.
Avropa Şurası baş katibinə İşçi Qrupa etimadsızlıq göstərilməsi ilə bağlı 35 nəfərin imzası ilə göndərilən müraciət bu basqıların göstəricisi sayılıb. Bu təzyiqlərdə jurnalist Xədicə İsmayılın xüsusi rolunun olduğu dəfələrlə nəzərə çatdırılıb. Azərbaycan cəmiyyətində İşçi Qrupa diqqət də, aqressiv münasibət də olduğu vurğulanıb.
Qarşı tərəfi ittiham edən S.Məmmədovun sözlərinə görə, onlar məhbus siyahılarında məşhur adların olmasını istəyir, amma bu məhbusların azadlıqda olmalarını istəmir.
«Biz bütün məhbusların azadlığa çıxmasını istəyirik və İşçi Qrup bu yöndə fəaliyyət göstərəcək» - deyə S.Məmmədov bildirib.
S.Məmmədovun sözlərinə görə, qarşı tərəfin məqsədi İşçi Qrupun yaradılmasına imkan verməmək, yaradılırsa, qrupun tərkibində olmaq, bu da olmasa, qrupu gözdən salmaq olub. Onun fikrincə, dünyada insan haqlarından yararlanan «biznes şəbəkəsi» var. Bu biznes tərəfdarları bununla iri pullar qazanırlar, Azərbaycanda da onun nümayəndələri var.
Nəzərdə tutulmasına baxmayaraq X.İsmayılovın İşçi Qrupa daxil edilməməsi qrupda təmsil edilən 10 nəfərin hər birinin istəyi kimi nəzərə çatdırılıb. Qrup təmsilçilərinin sözlərinə görə, X.İsmayıl qrupun iclası olacaq günün axşamı sosial şəbəkədəki mövqeyi ilə təxribatçı mövqe sərgiləyib.
«Xədicə İsmayılın Azərbaycan prezidenti ilə Avropa Şurası baş katibinin təşəbbüsü ilə yaradılan İşçi Qrupu gözdən salmaq istəməsinin səbəbi nədir» sualına cavabında S.Məmmədov deyib ki, ola bilsin bu jurnalist müəyyən xarici güclərin sifarişlərini yerinə yetirir.
Onun sözlərinə görə, İşçi Qrup belə mövqeyə malik insanla qurum tərkibində işləyə bilməyəcəyini bəyan edib. Amma qrup təmsilçiləri hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovu, yeri naməlum olan Emin Hüseynovu qrupun tərkibində görmək istədiklərini deyiblər. Bunun üçün mübarizənin hələ bitmədiyini nəzərə çatdırıblar.
Həbsdə olan siyasi məhbuslara İşçi Qrupa etimadsızlıq göstərilməsi haqda məktub yazdırılması da mətbuat konfransında tənqid edilib. Bu etimadsızlığın təşkil edilməsi ən azı əxlaqsızlıq kimi dəyərləndirilib.
Amma bütün bu basqılara baxmayaraq İşçi Qrupun vəzifəsinin öhdəsindən gələcəyi qeyd edilib. İlin sonuna kimi həbsdə olan hüquq müdafiəçilərinin, QHT sektoru təmsilçilərinin azadlığa buraxılacaqlarına ümidvar olduqlarını deyiblər.
«Hansısa məhbuslar İşçi Qrupdan imtina edə bilərlər, amma biz onların azadlığa çıxmalarından imtina etməyəcəyik» - deyə Səidə Qocamanlı mövqeyini açqılayıb.