vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
17:57 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onu bağışlamaq olarmı?

ANS-çilər ümidlərini noyabrın 26-da baş tutacaq təbrikə bağlayıblar

Nigar MƏHƏRRƏM

MÖVZU İLƏ ƏLAQƏLİ

«ANS-in açılması ilə bağlı ümid yoxdur». ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşavir Mais Məmmədov Cebhe.info-ya açıqlamasında belə demişdi. Ümidləri puç olan telekanal əməkdaşlarının bir qismi artıq iş başındadır, yeni kollektivdə, yeni media orqanlarında.

ANS-in Qarabağ bürosunun müxbiri Ramil İbrahimov hazırda «Space» telekanalının bölgə müxbiri kimi fəaliyyətini davam etdirir.

Aparıcı Rita Ömərova isə artıq APA TV-də fəaliyyətə başlayıb.

Aparıcı Ulvira Qarayeva Cebhe.info-ya açıqlamasında aparıcısı olduğu veriliş haqda danışıb. ARB telekanalında fəaliyyətini davam etdirən U.Qarayeva aparıcısı olduğu verilişin çəkilişlərinin başlandığını, gələn həftədən yayıma çıxacağını vurğulayıb.

ANS-in məşhur simalarından olan Afət Telmanqızı isə daha fərqli ampluada olacaq. Hələ ki, gələcək fəaliyyəti haqda konkret açıqlama vermək istəmədiyini deyən telejurnalist ümidlərini noyabrın 26-na bağlayıb. Bu müddətdə isə saytlarla- əməkdaşlığını davam etdirir: «Bir neçə saytla əməkdaşlıq edirəm, köşə yazıları verirəm, məqalələrim çıxır. ANS bağlandıqdan sonra müxtəlif media orqanlarından təkliflər almışam. İşlə bağlı atacağım addım noyabrın 26-da, ANS-in 25 illiyində bəlli olacaq. Çünki hələ də ANS-in açılması ilə bağlı ümidlərimi itirməmişəm. Düşünürəm ki, prezident ANS-in 25 illiyində bizə təbrik mesajı göndərəcək. İnanmıram ki, 25 illik telekanalı qurban verələr. ANS-də 25 yaşlı bir gəncdir. Məncə günahı varsa belə, onu bağışlamaq olar».

A.Telmanqızı telekanalın aqibətinin ən pis variantında, gələcək vəzifəsini sirr kimi saxlasa da, bizim təxminlərə görə bu hansısa bir orqanda mətbuat katibidir. Həmsöhbətimiz müəyyən mənada fikirlərimizi təsdiqləsə də, konkret fikir bildirməyib: «Nə sayt, nə televiziya, nə də qəzetdə fəaliyyətimi davam etdirəcəyəm. Mətbuat katibi də deməzdim. Hələ ki, heç bir açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, ölkəyə səs salacaq bir neçə layihəyə qoşulacağam».

ANS-in tanınmış simalarından biri də Aytəkin Alxaslı olub. Lakin ANS-in bağlanması onu da həmkarları kimi küskün salıb. Artıq mediadan uzaqdır, hər hansı media orqanında fəaliyyətini davam etdirmək istəmir. Səbəbini isə belə izah edir:

«Hazırda Qusarda - öz evimdəyəm, heç bir mediayla əlaqəm yoxdur. ANS açılmayacaqsa, artıq jurnalistikada olmayacağam, heç yerdə işləməyəcəyəm. Çünki ANS təkcə iş yerim yox, həm də ailəm idi. Demirəm ki, digər saytlar, televiziya, radiolar pisdir, xeyr, bu fikirdən tamamilə uzağam».

A.Alxaslı işlə bağlı müxtəlif təkliflərin gəldiyini deyib:

«İşlə bağlı müxtəlif təkliflər gəlib, amma bu haqda danışmaq istəmirəm. Məhkəmələrə çox ümidlə getmişdim. Prezident həmişə deyir ki, bütün Azərbaycan vətəndaşlarının prezidentidir. Mən də bir Azərbaycan vətəndaşıyam. Ümid sonda ölür, inanıram ki, ANS açılacaq. Məsələnin hüquqi yolla həllini gözləyirəm. Biz prezidentin səlahiyyətinə müdaxilə edə, siyasi məsələlərə qarışa bilmərik. Mən işimi vicdanla görmüşəm».