

Vahid Mustafayev ANS-in açılmasından danışdı
«10 gün ərzində qapılarını açıb, əşyalarını çölə atacağıq»
«Biz isə həm də ona görə narahatıq ki, Sizə, Sizin ailəyə narahatlıq gətirmişik»
Qənirə Ataşovaya ölkədən çıxmağı qadağan etdilər
Həqiqətin mavi aynası - ANS
Qanuna tapınmayanlar çıxış yolunu gözə batan ANS-i qapatmaqda tapdılar
Məşhur jurnalist Türkiyədədir
ANS-in «Dədə Qorqud»una hədiyyə edin, onu ekrana - övladına qovuşdurun
ANS-çilər ümidlərini noyabrın 26-da baş tutacaq təbrikə bağlayıblar
Heç vaxt unudulmayacaqsınız!
Təkcə Xocalı faicəsini lentə aldığına görə, hər birimiz Ona borcluyuq
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
Son bir həftədə ikinci ayrılıq
Nadir Bədəlov telekanallardan narazılıq etdi
MTRŞ-dan azan açıqlaması
«Bilmirəm, kim kimə qadağa qoyub»
«Qulp» bəlkə də mənim üçün jurnalistikada keçdiyim -arxada qoyduğum bir yoldur. Düzdür, bəzən mən o yola yenidən qayıtmaq istəyirəm. Özü də çox istəyirəm, amma məndən asılı olan və olmayan məsələlər var».
Bunu Moderator.az saytına tanınmış telejurnalist Mübariz Əsgərov «Bir zamanların məşhur «Qulp» proqramı yenidən ekranlara qayıdacaqmı?» sualına cavab verərkən bildirib.
Qeyd edək ki, 20 il bundan əvvəl əvvəlcə AzTV, daha sonra isə ANS telekanalının ekranlarını bəzən «Qulp» proqramı Azərbaycan televiziya tarixinin ən uzunömürlü satirik telelayihəsi olub.
Həmin layihənin müəllifi Mübariz Əsgərov açıqlamasında həm «Qulp», həm də gələcək televiziya planları haqqında məlumat verib:
«Hal-hazırda layihə rəhbəri olduğum «Rezonans» proqramı ARB TV-də yayımlanır. Üzərində işlədiyim və hazır telelayihələrim var. Allahın və yaxşı adamların köməyi ilə yəqin ki, reallaşanları olacaq. Amma yaradıcılığımda «Qulp» mənim həssas yerimdir. Özü də təkcə mənim yox. Bu günlərdə Azərbaycan Televiziyanın yaranmasının 60 illiyi qeyd olundu. Həmin 60 illik tarixdə «Qulp»dan savayı 20 il efirə gedən satirik publisistik proqram olmayıb. «Qulp» 1992-ci ilin noyabr ayında ilk dəfə AZTV-də efirə çıxıb. Öz aramızdır, mənim də, sadiq tamaşaçılarımın da bayramıdır. Təbrik edirəm».