vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Beynəlxalq Bank «dirilir» 14:44 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beynəlxalq Bank «dirilir»

600 milyon dollarlıq yeni səhmlər alınıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb.

Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 milyard 241 milyon 287 min 247.85 manata çatdırılmış olacaq. Bu barədə «Marja»ya Bankdan bildirilib.

«Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir» – Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.