vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
08:18 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 3683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğuzdakı alban kilsəsi bərpa olunacaq

Diqqətdən kənarda qalma sırf təsadüfdür

Ceyhun NƏCƏFOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Haqqin.az və virtualaz.org-un Azərbaycanın Oğuz rayonunda dağılan tarixi alban kilsələri barədə məqaləsi dövlət strukturlarını bu tarixi və mədəni irs abidələri barədə düşünməyə vadar edib.

Portalımızın reportajında qeyd olunurdu ki, udin-alban kilsələri Oğuzda uzun illər boyunca məbəd bayramlarının, müxtəlif ayin tədbirlərinin keçirildiyi yer olub və burada rayonun həm xristian, həm də müsəlman əhalisi toplanıb.

Bununla birgə, Kala-Gergets kilsəsi müsəlman piridir, dövlət tərəfindən mühafizə olunur və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin reyestrində Qala-Piri adlanır. Bu gün həmin müqəddəs yer də acınacaqlı vəziyyətdədir və təcili əsaslı təmirə ehtiyac duyur.

Virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədovun verdiyi məlumata görə, qurum Qala-Pirinin problemlərindən xəbərdardır.

«Yaxın vaxtlarda nazirliyin nəzdində fəaliyyət göstərən Mədəni irsin qorunması, inkişafı və bərpası Agentliyinin mütəxəssisləri həmin obyektdə olacaqlar. Onlar yerində kilsənin vəziyyətini öyrənəcək və nazirliyin rəhbərliyinə bu tarixi obyektin bərpası üzrə təkliflərini təqdim edəcəklər. Onların işinin yekunu əsasında məbədin bərpası üzrə müvafiq tədbirlər həyata keçiriləcək», - o vəd verib.

Portalda dərc edilmiş yazıya Milli Məclisin ictimai birliklər və dini strukturlar komitəsinin sədri Siyavuş Novruzov da reaksiya verib. O, virtualaz.org-a bildirib ki, Azərbaycanda bütün məzhəblərin məbədlərinə eyni diqqət və qayğı ilə yanaşılır. «Azərbaycan kimi tolerant ölkədə pirlərin, məscidlərin, kilsələrin və sinaqoqların bərpası və saxlanması üzrə fəaliyyətlərə heç bir maneə törədilə bilməz», - deputat əminliklə deyib.

S.Novruzov xatırladıb ki, Heydər Əliyev Fondunun iştirakı ilə Bosniya və Herseqovinada yanğında zərər görmüş məscid və kilsə tamamilə bərpa edilib. O ki qaldı Oğuz rayonunda qədim alban kilsəsinin dövlət strukturlarının diqqətindən kənarda qalmasına, bu sırf təsadüfi haldır: «Bu gün ən yüksək səviyyədə məzhəblərin məbədlərinə və mədəniyyət abidələrinə aidiyyəti olan bütün təşkilatlara dəqiq göstərişlər verilib ki, dərhal Oğuz rayonundakı kilsələrin bərpasına başlasınlar və onların qorunmasını təmin etsinlər».