

Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
İtinə toy edən iş adamı danışdı: «Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...»
Goranboyda «İtlərin toyu»nda ifa edən Haqverdi Əliyev Aşıqlar Birliyindən qovuldu
Yeni ailə quran itlər «danışdı»: «Hər gün onun üçün üzüyuxarı hürürük»
Əvvəllər atlar öləndə itlər bayram edirdi, indi isə evlənirlər...
... və ya Amonun və İsidanın dili ilə oxuyan aşıq
Goranboylu oliqarx itlərinə məclis qurdu, «evləndirdi»
General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı
Deputatdan evin tək oğlunun cəbhəyə göndərilməsinə etiraz
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
Erməni zabit: «Azərbaycan ordusu 40 km mövqelərimizi əzib keçdi...»
Şəhidin son mesajı, qəhrəmanlarımızı daha yaxından tanıyaq
Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»
«Cəmiyyətdə tolerant düşüncə qıtlığı var»
«Erməniləri vəhşiliklərini edə bilmərik»
Ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır
Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, «Galib Group» MMC-nin rəhbəri Qalib Mustafayevin Doberman cinsindən olan itlərinin şərəfinə qurduğu məclis geniş müzakirə mövzusu olaraq qalır. Əksəriyyət ona qarşı «kasıblara əl tutmur, itlərinə toy edir» ittihamlarını səsləndirir. Bu gün yayılan məlumatlarda isə iş adamının itlərindən imtina etdiyi, onları azdırdığı bildirilir.
Q.Mustafayev məsələ ilə bağlı Modern.az-a növbəti açıqlama verib. O deyib ki, itləri onun üçün çox əzizdir:
«Onlar mənim üçün həmin mənasız məlumatı mətbuata sızdırandan daha şərəfli, daha ləyaqətli, daha etibarlıdırlar. O itlər bizim şirkəti qoruyur. Heç vaxt onlardan imtina etmərəm».
İş adamı məlumatları yayan şəxslə bağlı müvafiq işlər gördüyünü deyib:
«Onun kim olduğunu öyrəndim, amma açıqlamaq istəmirəm. Artıq məhkəmə işləmləri gedir. O insan şəxsiyyət və ləyaqətimizi alçaltdığına görə qanun qarşısında, hüquqi müstəvidə cavab verəcək».
Q.Mustafayev bildirib ki, həmin şəxs görüntüləri məqsədli şəkildə mətbuata sızdırıb:
«Onun niyyəti zarafat olsaydı, şəxsən mənlə edərdi. Mən başa düşmürəm ki, Azərbaycanda iş adamlarını hansı səbəbdən sevmirlər, onu anlamıram».
Qeyd edək ki, bu məclisdən çəkilən videogörüntülərdə görünür ki, məclis biznesmenin şirkətlərindən birinin həyətində, açıq havada təşkil olunub.
Məclisdə iştirak edənlər «Amon» və «İsida» adlı itlərin şərəfinə sağlıq deyir, onlara xoşbəxtlik arzulayır. İtlərin «evlənməsi» şərəfinə xüsusi tort da sifariş verilib. Məclisi aşıq və onu müşayiət edən balabançı şənləndirir.
Goranboy rayon İcra Hakimiyyətinin rəsmi saytında bildirilir ki, «Galib Group» MMC rayonun ən iri sənaye şirkətlərindən biridir. Rayon iqtisadiyyatında xüsusi paya malikdir:
«2003-cü ildən fəaliyyət göstərən müəssisə 2014-cü ildə də bir çox uğurlara imza atıb. Bu dövr ərzində müəssisənin məhsulları bir neçə beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəssisədə məişət avadanlıqları, mətbəx və ofis mebelləri, inşaat arabaları, müxtəlif ölçülü yük arabaları, bellər, plastik su çənləri, antenn çanağı, plastik boru və aksesuarlar istehsal olunur. Müsəsisədə iri tutumlu su çənləri istehsal edən yeni sahə yaradılıb. Müəssisə bir neçə markaya sahibdir. Bunlar «Reqular», «Oplas», Durmaz», «Dizayn» markalarıdır və bu markaların Azərbaycanda patenti yalnız «GALİB GROUP»a məxsusdur. Müəssisədə 100 nəfərdən artıq insan işlə təmin olunub».